Yasamal hərbi memorial kompleksi — Böyük Vətən müharibəsi zamanı həyatını itirmiş sovet hərbçilərinin dəfn olunduğu məzarlıq.

Haqqında 1940-cı illərdə Yasamal qəbiristanlığının daxilində salınmış memorial kompleksdə SSRİ-nin bütün respublikalarından 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı yaralanmış, Bakı şəhərindəki hərbi xəstəxanalarda vəfat etmiş sovet hərbçiləri dəfn olunublar.

Burada, Sovet İttifaqı Qəhrəmanları — Georgi Vetoşnikov və Roman İvanov da daxil olmaqla, ümumilikdə 525 sovet hərbçisi dəfn olunub.

Qalereya

İstinadlar

Xarici keçidlər Fotolar (Müəllif:Tapdiq Abdullayev)

Kateqoriya:Böyük Vətən müharibəsi abidələri Kateqoriya:Yasamal qəbiristanlığı Kateqoriya:Bakı abidələri Kateqoriya:1940-cı illərdə Azərbaycanda yarananlar