Quetzalcoatlus — ( Astek tanrısının şərəfinə adlandırılmışdır) Gec Təbaşir dövründə təxminən 70–66 milyon il əvvəl) yaşamış və nəsli kəsilmiş nəhəng pterozavr cinsidir. O, tarixdə məlum olan ən böyük uçan heyvanlardan biri hesab olunur. Quetzalcoatlus, Pterosauria dəstəsinin Azhdarchidae fəsiləsinə aiddir və xüsusilə böyük qanadı tanınır.

Kəşfi və araşdırılması Quetzalcoatlus ilk dəfə 1971-ci ildə Texas Universitetinin tədqiqatçıları tərəfindən ABŞ-ın Texas ştatında tapılmışdır. Rəsmi olaraq Quetzalcoatlus northropi adı ilə 1975-ci ildə təsvir edilmişdir. "Northropi" adı, dizayner John Northrop şərəfinə verilmişdir, çünki onun dizayn etdiyi "uçan qanad" təyyarələr bu pterosaurun formasına bənzəyirdi.

İstinadlar