Lxasa Apso — Tibet mənşəli it cinsi.Definition of Lhasa apso , EtymologyOnline.com Ənənəvi olaraq bu cins daxili gözətçi kimi istifadə edilmişdir.

Xüsusiyyətlər Erkək itlərdə hündürlük təxminən 25 sm, dişilərdə isə bir qədər kiçik olur.FCI-Standard N° 227: Lhasa Apso . Fédération Cynologique Internationale. Accessed August 2021. Maraqlıdır ki, hündürlük fərqi olsa da hər iki cins 5.44 - 8.16 kq arasında olur. Onların tükləri qara, qırmızı, tünd boz, qızılı, ballı, yarı rəngli, qumlu, şifer rəngli, dumanlı və ya ağ ola bilər. Kürk qalın və ağırdır, sərt düz xarici örtük və orta qatlı alt tüklərə sahibdir. Gözləri və burnu qara, qulaqları sallanmış vəziyyətdə olur. Quyruğu əyri formada və adətən aşağı doğru sallanmış olur. Lxasa Apso, Stenli Korenin "The Intelligence of Dogs" kitabında 138 cins arasında 68-ci yerdə qərarlaşaraq orta səviyyəli iş-itaət zəkasına malik bir cins kimi təsnif edilmişdir. Lxasa Apso uzunömürlü bir cinsdir və bir çoxu 20 yaşına qədər sağlam şəkildə yaşaya bilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri Kateqoriya:Çinin it cinsləri