Üçoğlan-Alıbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2024-cü ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılıb. Həmin bələdiyyə Ağdam rayonunun birləşdirilmiş Üçoğlan bələdiyyəsinin binasına köçüb və onun VÖEN-dən istifadə etməyə başlayıb.
14.04.2025-ci il tarixli 04 №-li Protokolun müvafiq Qərarı ilə Bələdiyyənin ilk Nizmanaməsi qəbul edilib.
2025-ci ildən Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası", 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvlüyünə qəbul edilib.
Bu Bələdiyyə 2025-ci ildə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə, 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvlüyünə qəbul edilib.
2025-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bu, Qarabağ Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasında 2024-cü ildə ikili adı olan yeganə Bələdiyyə oldu.
28.04.2026-ci il tarixli 9 №-li Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .
Mərkəzi və ərazisi
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin mərkəzi Ağdamın Üçoğlan kəndidir.
Bələdiyyəmnin ünvanı: Üçoğlan kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Üçoğlan kənd İƏD üzrə nümayəndəliyinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²) İnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsi320001132132136091900742,66Üçoğlan kənd iəd60919005Üçoğlan kəndi60919018Gül Baharlı kəndi60919058Ballar kəndi60919088Böyükbəyli kəndi60919028Orta Qışlaq kəndi60919038Yusifli kəndi60919068Alıbəyli kəndi60919048Kiçikli kəndi60919078Səfərli qəsəbə iəd60949005Səfərli qəsəbəsi60949016Birinci Alıbəyli qəsəbə iəd60940005Birinci Alıbəyli qəsəbəsi60940016İkinci Alıbəyli qəsəbə iəd60944005İkinci Alıbəyli qəsəbəsi60944016Birinci Baharlı qəsəbə iəd60941005Birinci Baharlı qəsəbəsi60941016İkinci Baharlı qəsəbə iəd60945005İkinci Baharlı qəsəbəsi60945016
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1440 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6200 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:2024-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr