Sasseks spanyeli — İngiltərənin cənubunda, Sasseks bölgəsindən olan it cinsi. Bu cins Klamber spanyeli ilə oxşar görünüşə malikdir.
Təsvir Klamber spanyeli ilə oxşar görünüşə malikdir, lakin rəng fərqlidir. Hündürlüyü 38-41 sm, çəkisi isə 20-23 kq arasında dəyişir. Bu cinsin ən diqqət çəkən xüsusiyyətlərindən biri qızılı-qəhvəyi rəngli xəzidir ki, bu da yalnız bu cinsə xasdır. Tarixən qara, qara və qəhvəyi, qızılı-qəhvəyi və ağ rəngli nümunələr də olmuşdur. Xəzi qalındır. Sinə, ayaqlar və qulaqlar da, tüklərlə örtülüdür. Gözləri qəhvəyi rəngdədir. Uzun və ipək kimi qulaqları spanyel cinslərinə xas olan "lob" şəklindədir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Spanyellər