Labubu () – honkonqlu dizayner Kasinq Lunq tərəfindən yaradılmış və bədheybət elf görünüşünə malik olan kolleksiya oyuncaq brendi. Çinin "Pop Mart" şirkəti tərəfindən satılır. Labubu eyni zamanda bu oyuncaq seriyasının əsas personajının adıdır.
Tarixi Labubu personajı Honkonqda doğulmuş,Meet Kasing Lung, the Artist Behind Labubu and the Monsters, By Eric E. Surbano. https://www.prestigeonline.com/th/people/kasing-lung-artist-labubu-the-monsters-pop-mart/ Hollandiyanın Utrext şəhərində böyümüş və Belçikanın Antverpen şəhərinə köçmüş dizayner Kasinq Lunq tərəfindən yaradılmışdır. O, personajı uşaqlıqdan etibarən sevdiyi Skandivaniya mifologiyası və folkloruna əsaslanaraq yazdığı "Bədheybətlər" hekayələr seriyası üçün yaratmışdır.
Labubu 2015-ci ildə "How2Work" şirkəti tərəfindən yaradılmış "Bədheybətlər" fiqur seriyası ilə tanıdılmışdır. 2019-cu ildə "Pop Mart" şirkəti ilə əməkdaşlıqdan sonra oyuncaq məşhurlaşmışdır. Əməkdaşlıq Labubunu kolleksiyaçılar arasında populyar etmişdir.
2025-ci ilə qədər 300-dən çox "Labubu" fiquru buraxılmışdır. 2025-ci ilin iyununda Pekində baş tutmuş ilk rəsmi "Labubu" hərracında 122 sm hündürlüyündə olan yaşıl "Labubu" fiquru 170 min dollar qarşılığında satılmışdır.
Dizayn Labubular yumru, tüklü bədənlərə malikdirlər, iri gözləri, itiuc qulaqları, iti dişləri və yaramaz təbəssümləri var. Labubunun "Bədheybətlər" adlı "qəbiləsinə" Mokoko, Pato, Spuki, Tikoko (Labubunun sevgilisi) və Zimomo (qəbilə başçısı) kimi personajlar daxildir. Onların müxtəlif görünüşdə olan fiqurları hazırlanmışdır.
"Labubu" mövzusunda olan ilk brelok kolleksiyası "Exciting Macaron" 2023-cü ilin oktyabrında buraxımışdır. Digər kolleksiyalara "Fall in Wild", yeddi fiqurdan ibarət olan "Have a Seat" və "Big into Energy" daxildir. "Pop Mart" müxtəlif brendlərlə əməkdaşlıq edərək oyuncaqların satışını təmsil edir. 2024-cü ildə 11 "Labubu" fiqurundan ibarət və "Coca-Cola" mövzusunda olan blaynd-boks buraxılmışdır. 2025-ci ildə "One Piece" personajları kimi görünən "Labubu" personajlarından ibarət kolleksiya təqdim olunmuşdur. "Labubu's Artistic Quest" seriyası "Pop Mart"ın Luvr muzeyində yerləşən mağazasında satılmışdır.
Qəbul 2024-cü ilin aprelində "Blackpink" qrupunun üzvü Lisa çantasındakı "Labubu" breloku ilə görüntülənmiş və bu, oyuncaqların məşhurlaşmasına səbəb olmuşdur. Rusiyada Federasiya Şurası "Labubu" oyuncaqlarının satışının qadağan olunmasını təklif etmişdir.
İstinadlar
Kateqoriya:Oyuncaq brendləri Kateqoriya:Oyuncaq kolleksiyaçılığı Kateqoriya:Çin mədəniyyəti Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər