Topqarağac məscidi — 1899-1902-ci illərdə tikilmiş tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Şəki şəhərində yerləşir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə minarə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Topqarağac məscidi 1899-1902-ci illərdə Şəki şəhərinin Topqarağac məhəlləsində tikilib. İç sahəsi 24x12 metr, eyvanının sahəsi isə 24x4.5 metrdir. Məscid biçmiş kərpic və çaylaq daşından tikilib.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Bu dövrdə Topqarağac məscidi də ibadətə bağlanıb. Məscidin binasından anbar və tikiş sexi kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin həm özü həm də nəzdində mədrəsə fəaliyyət göstərməyə başlayıb.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2018-ci ildə məscid ibadətə bağlanıb.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şəki məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri