Fauna Europaea — bütün yaşayan çoxhüceyrəli Avropa quru və şirin su heyvanlarının elmi adlarını və yayılmasını əhatə edən bir verilənlər bazasıdır.

O, Pan-Avropa Növlər Direktoriyaları İnfrastrukturu (PESI) daxilində heyvan taksonomiyası üçün standart taksonomik mənbə kimi xidmət edir. 2020-ci ilin iyun ayına olan məlumata görə, Fauna Europaea verilənlər bazasında 235,708 takson adı və 173,654 növ adı olduğu bildirilmişdir.

Onun yaradılması ilkin olaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir (2000–2004). Layihə Amsterdam Universiteti tərəfindən əlaqələndirilmiş və 2004-cü ildə ilk versiyası istifadəyə verilmişdir. Berlin Təbiət Tarixi Muzeyi (Museum für Naturkunde) 2013-cü ildə veb portalın hostinqini (idarəsini) öz üzərinə götürmüşdür və 2015-ci ildə yeni bir veb portal istifadəyə verilmişdir.

Xarici keçidlər

PESI – a taxonomic backbone for Europe

İstinadlar

Kateqoriya:Elektron bioloji resurslar Kateqoriya:Avropa faunası