Braziliya qısaxəzlisi — Braziliyadan olan və beynəlxalq səviyyədə tanınan ilk pişik növü. Bu növ, öz çevikliyi və zərif görünüşü ilə fərqlənir.
Təsvir Brazilya qısaxəzli pişiyi orta ölçülü, çevik bir pişikdir. Bu növ, Amerikan qısa xəzli pişiyindən zərif və incə görünüşü ilə fərqlənir, lakin Siam pişikləri qədər arıq deyil. Xəzi qısa və dəriyə yaxındır, müxtəlif rəng və naxışlarda ola bilər. Gözlər arasındakı məsafə bir gözün ölçüsünə bərabər olmalıdır. Brazilya qısa xəzli pişikləri ifadəli gözlərə malikdir. Uzunluğu hündürlüyündən daha çoxdur. Erkəklərin başları dişilərdən daha böyükdür.
İstinadlar
Kateqoriya:Pişik cinsləri