Amerika qısa tüklü pişiyi () — Avropadan Şimali Amerikaya gələn ilk mühacirlərin gəmilərdəki dəyərli yükləri siçan və siçovullardan qorumaq üçün gətirdikləri pişiklərdən törəmiş ev pişiyi növü. "Cat Fanciers' Association" (CFA) məlumatına görə, 2020-ci ildə dünyada ən populyar pişik növləri arasında səkkizinci yeri tutmuşdur.
Xüsusiyyətlər Orta və iri ölçülü bir pişik növüdür. Erkəklərin çəkisi 5–7 kq, dişilərin çəkisi isə 2.75–5.5 kq arasında dəyişir. Başı böyük və uzunsovdur, qulaqları orta ölçülü və yumru uclu, gözləri böyük və genişdir. Boynu orta uzunluqda və əzələlidir. Ayaqları orta uzunluqda və əzələli, quyruğu isə orta uzunluqdadır. 80-dən çox müxtəlif rəng və naxışda tanınır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri Kateqoriya:Təbii pişik cinsləri