Əbu Əmr Zəbban ibn əl-Əla ibn Əmmar əl-Məzini əl-Bəsri (; ) — yeddi qaridən biri, Ərəb dili və ədəbiyyatı alimi. Rəmzi ərəb əlifbasındakı "ح" hərfidir.
Bioqrafiyası Hicri 70-ci (689) ildə Məkkədə anadan olub.
O, Məkkədə Mücahid ibn Cəbrdən, Səid ibn Cübeyrdən, Əta ibn Əbu Rəbahdan, İkrimə ibn Xaliddən, İbn Kəsir əl-Məkkidən, Mədinədə Yezid ibn Rumandan, Şeybə ibn Nisahdan, Əbu Cəfər əl-Mədəni, Kufədə Asim ibn Bəhdələdən, Bəsrədə Yəhya ibn Yamərdən, Nəsr ibn Asimdən və Həsən əl-Bəsri kimi tanınmış alimlərdən qiraət öyrənmişdir.
Onun tələbələri arasında Əbu Zeyd əl-Ənsari, İsa ibn Ömər, Sibəveyhi və başqalarının adları çəkilmişdir.
Hicri 154-cü (771) ildə Kufədə vəfat etmişdir. Ölüm tarixi bəzi mənbələrdə hicri 157-ci (774) il olaraq da göstərilib.
Qiraətinin xüsusiyyətləri İbn Mücahidin dəyərləndirməsinə görə Əbu Əmr qiraət edərkən təkəllüfdən çəkinmiş, icazə hədlərini aşmamaq şərti ilə, bacardığı qədər mübaləğəsiz və sadə (təhfif ilə) oxumuşdur. Onun qiraətinin bəzi xüsusiyyətləri bunlardır:
zamirlərinin (əvəzliklərinin) "hə"ləri, özlərindən əvvəl hərəkəli "vav", "fə" və "lam" gəldiyində sakin edilir: kimi. və başqa kəlimələrdə imalə edilir. Bəzi istisnalar olmaqla, sakin həmzələr, əvvəlki hərfin hərəkəsinə uyğun məd (uzatma) hərfinə ibdəl edilir: kimi. Susinin rəvayətinə görə bir-birinin eyni olan iki hərf ayrı-ayrı kəlimələrdə yan-yana gəldiklərində (istisnalar olmaqla) birinci hərf hərəkəli də olsa idğam edilir. Bəzi şərtlərlə məxrəcləri bir-birinə yaxın hərflər arasında da tətbiq edilən və digər məşhur qiraətlərin heç birində olmayan bu idğama "idğami-kəbir" deyilir: kimi.
Əsərləri Bir otaq dolusu kitabını yandırması haqqında nəql olunan rəvayət doğrudursa, Əbu Əmrin çox saylı əsərin müəllifi olduğunu söyləmək doğru olar. Corci Zeydan onun yazılı heç bir şey qoymadığını desə də əslində bu doğru deyildir. Onun məlum olan əsərləri bunlardır:
Kitabü Mərsumil-Müshəf. Quranın rəsmi-xətti ilə bağlıdır. Əbu Əmr əd-Dəni tərəfindən "Rüsumül-Mushəfil-Kərim" adı ilə ixtisar edilmişdir. Bu ixtisarın əlyazma nüsxəsi Süleymaniyyə Kitabxanasında saxlanılır (Ayasofiya, № 4814, 14 vərəq). Şərhu Divanil-Xirniq. Xirniq bint Bədrə ait divanın şərhidir. Kitabül-İdğamil-kəbir (əsərin əlyazma nüsxələri üçün bax: əl-Fihrisüş-şamil: Ülumül-Quran, məxtutətüt-təcvid, cild I, 5-7). Əl-Vəqf vəl-ibtida. Bir nüsxəsi Zahiriyyə Kitabxanasında saxlanılır (Məcmuə, № 18 L, 128). Təqiyidül-əmsilə. Əlyazma nüsxəsi Rabat Ümumi Kitabxanasında saxlanılır (№ 1321-d, vr. 208a-223b). Kitabül-Əmsal. Əbdülməcid Qatamişin dediyinə görə Əhməd ibn Məhəmməd əl-Meydani "Məcmul-əmsal" adlı əsərində bu kitaba 58 yerdə istinad etmişdir. Kitabül-Qiraət. Axırıncı iki əsərin dövrümüzə qədər gəlib çatması haqqında məlumat yoxdur. Mənbələrdə başqa əsərlərinin də olduğu qeyd edilib.
Həmçinin bax
Qiraət Yeddi qari
İstinadlar
Kateqoriya:Kufədə vəfat edənlər Kateqoriya:770-ci ildə vəfat edənlər Kateqoriya:Məkkədə doğulanlar Kateqoriya:690-cı ildə doğulanlar Kateqoriya:689-cu ildə doğulanlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Quran qariləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Ərəb filoloqlar