Serj AroşSerge Haroche // Brockhaus Enzyklopädie (нем.) (; ) — Fransa fiziki. O, 2012-ci ildə Devid Vaynlend ilə birlikdə "İndividual kvant sistemlərini ölçməyə və idarə etməyə imkan verən eksperimental texnologiyalarına görə" Fizika üzrə Nobel Mükafatına layiq görülüb.The 2012 Nobel Prize in Physics (англ.). Nobel Media. Дата обращения: 9 октября 2012. Архивировано 13 декабря 2012 года..
Həyatı Serj Aroş 11 sentyabr 1944-cü ildə Kasablankada yəhudi ailəsində anadan olmuşdur.↑ French Jew wins 2012 Nobel Prize in Physics along with American colleagueFrenchman, American win Nobel physics prize. Дата обращения: 9 октября 2012. Архивировано 4 марта 2016 года.French Jew, American researcher share Nobel Prize in Physics. Дата обращения: 9 октября 2012. Архивировано 27 ноября 2012 года. Serj Aroş 12 yaşında olanda Mərakeş müstəqilliyini elan etdi və ailəsi Fransanın paytaxtına köçdü. O, 1963–1967-ci illərdə Paris Universitetində oxuyub. 1971-ci ildə isə Klod Koen-Tannucanın rəhbərliyi altında Pierre və Marie Küre Universitetində namizədlik dissertasiyası müdafiə edib. S. Aroş Fransa Milli Elmi Tədqiqat Mərkəzində (CNRS, 1967–1975il) tədqiqatçı kimi işləyib, sonra bir il Artur Şavlovun qrupunda Stenford Universitetində təcrübə keçib. Onun doktorluq işi kvant optikası və atom-foton qarşılıqlı təsiri sahəsinə həsr olunmuşdur.
2001-ci ildən o, Collège de France-da Kvant mexanikası kafedrasının rəhbəri və professoru olub.Columbia University School of Public Health and Administrative Medicine, class of 1958 (стр. 30): Александр Рублёв окончил Одесский медицинский институт (1921) и Школу тропической медицины Парижского университета (1928); работал врачом в Массачусетсе и Нью-Йорке; в 1958 году окончил Школу здравоохранения Колумбийского университета.
2012-ci ildə Serj Aroş Devid Vaynlend ilə birlikdə "İndividual kvant sistemlərini ölçməyə və idarə etməyə imkan verən eksperimental texnologiyalarına görə" fizika üzrə Nobel mükafatı alıb.
Serj Aroş Fransa, Avropa və Amerika Fizika Cəmiyyətlərinin üzvü, həmçinin Rusiya Elmlər Akademiyasının xarici üzvüdürГенри Киссинджер стал академиком РАН. Дата обращения: 8 ноября 2016. Архивировано 24 июня 2018 года.
Serj Aroş kvant optikası və kvant informasiya elmləri sahəsində aparıcı tədqiqatçılardan biridir. Onun araşdırmaları əsasən fotonlarla atomlar arasındakı qarşılıqlı təsirin dəqiq müşahidəsi və manipulyasiyası üzərində cəmlənmişdir. Kavitet kvant elektrodinamikası (Cavity QED): Haroche, işıq və maddə arasındakı kvant qarşılıqlı təsirləri tədqiq etmək üçün mikrodalğa boşluqları (cavities) istifadə etmişdir. Kvant qeyri-müəyyənlik və superpozisiya halları: Onun təcrübələri kvant superpozisiya və dekoherensiyanı daha yaxşı anlamağa kömək etmişdir. Qeyri-destruktiv ölçmə üsulları: O, kvant vəziyyətlərini pozmadan müşahidə etmək üçün yeni texnologiyalar inkişaf etdirmişdir.
Şəxsi həyatı Serj Aroşun həyat yoldaşı sosioloq Klodin Haroşdur (qızlıq soyadı Seliqson), Milli Elmi Tədqiqatlar Mərkəzində tədqiqat üzrə fəxri direktor, siyasi fikirlərin sosiologiyası üzrə bir neçə monoqrafiyanın müəllifidi. O, da Serj Aroş kimi rus mühacirləri ailəsindəndir. Onların iki övladı var.
Qardaşı oğlu: müğənni və bəstəkar Rafael Haroş (1975-ci il təvəllüdlü).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Fransa akademikləri Kateqoriya:Fransa yəhudiləri Kateqoriya:XX əsr Fransa yəhudiləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Mərakeş yəhudiləri Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Yəhudi alimlər