Hacırəhim Ağa Dilbazi Vahidi () — XIX əsr Azərbaycan şairi, nəqşbəndi təriqəti xadimi və alim.
Həyatı Hacırəhim ağa Vahidi hicri-qəməri təqvimi ilə 1238-ci (miladi 1822-ci) ildə Qazax mahalının Xanlıqlar kəndində doğulmuşdur. Onun yaradıclıq nümunələri günümüzə gəlib çatmasa da, onun haqqında əsas məlumatları Firudin bəy Köçərli Hacı Səid əfəndiyə istinad etməklə cəmiyyətə çatdırmışdır. Firidun bəy Köçərli onu "Qazax şairlərinin mötəbər və müqtədirlərindən biri" adlandırmışdır. Hacı Səid əfəndi qeyd edirdi ki, Hacırəhim Ağa tərkidünya bir həyat yaşamış, qəlbi Tanrı eşqi ilə dolu, zahirən qəmgin və qüssəli biri kimi görünsə də əslində nikbin və həyatcanlı biri olmuşdur.
Ədəbi irsi Firidun bəy Köçərli onu "Qazax şairlərinin mötəbər və müqtədirlərindən biri" adlandırmışdır. Əsasən təsəvvüfi (mistik) şeirlər yazmışdır. İbrahim Həqqi Ərzurumi və Mirhəmzə Nigarinin təsiri altında qalmışdır.
Əsərləri Divan (Hacı Sədi əfəndi tərəfindən tərtib edilmişdir). Minacatlar (ilahi məzmunlu şeirlər). Müxəmməslər (ictimai ədalətsizliklərdən bəhs edən əsərlər).
Ədəbi üslubu Nəqşbəndi təliminin rəmzləri, klassik Şərq poeziyası ənənələri və dini motivlərlə zəngindir.
Həmçinin bax Dilbazilər
İstinadlar