Lepomis gibbosus — Həmçinin "günəş çəkisi", "göl çəkisi", "adi günəş balığı", "punkie", "sunfish", "sunny" və "kivver" kimi tanınan, "Centrarchiformes" dəstəsinə aid olan "Centrarchidae" (günəş balıqları) fəsiləsinin "Lepomis" cinsinə daxil olan kiçik və orta ölçülü şirin su balığı.
Yayılması
"Lepomis gibbosus" balığının təbii yayılma arealı Şimali Amerikada Nyu-Bransuikdən cənubda Cənubi Karolinaya qədər uzanır. Daha sonra qitənin daxili hissəsinə doğru yayılır və Ayova ilə Pensilvaniya arasında genişlənir. Lakin "Lepomis gibbosus" balıqları Şimali Amerikanın əksər hissələrinə introduksiya edilmişdir. Onlar indi Sakit okean sahilində Vaşinqton və Oreqondan Atlantik sahilində Corciyaya qədər tapıla bilər. Əsasən ABŞ-nin şimal-şərqində, daha az hallarda isə qitənin cənub-mərkəzi və cənub-qərb bölgələrində rast gəlinir."Pumpkinseed sunfish (Lepomis)." Discover the Outdoors. Avropada "Lepomis gibbosus" invaziv növ kimi qəbul edilir. Onlar Avropa sularına introduksiya edilmişdir və yerli balıq növləri ilə rəqabət apara bilirlər.Leppakoski, Erkki (1998). Invasive aquatic species of Europe: distribution, impacts, and management. Kluwer Academic Publishers. The Netherlands. pp. 156–162. Bu növ 2019-cu ildən etibarən "İşğalçı Xarici Növlərin İttifaq Siyahısı"na (Union list) daxil edilmişdir. Bu səbəbdən, Avropa İttifaqı ərazisində onların idxalı, yetişdirilməsi, daşınması, kommersiya məqsədləri üçün satışı və mühitə qəsdən buraxılması qadağandır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Lepomis Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:ABŞ balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları