Global Village (ərəb. القرية العالمية) — Dubay şəhərində mədəni məkan. Burada dünyanın hər bir ölkəsinin mədəniyyətini və adət-ənənələrini nümayiş etdirən müxtəlif pavilyonlar var. Global Village insanların müxtəlif ölkələrin və bölgələrin mədəniyyətinə baxa biləcəyi bir yerdir.

Hər bir ölkə öz ərazisində pavilyonu ucaldır və ziyarətçilərə öz xalqının məişəti və mədəni ənənələri ilə tanış edir, etnik atributları, geyimləri, malları və suvenirləri nümayiş etdirir və təklif edir.

Tarixi

1997-ci ildə açılan Global Village əvvəlcə Körfəz sahilində, sonra Oud Meta rayonunda, sonra Dubay Festival şəhərciyində yerləşirdi və yalnız bundan sonra Dubayland layihəsinin ərazisində daimi yer aldı.

Hər il oktyabr ayından aprel ayına qədər milyonlarla insan, həm yerli həm də Birləşmiş Ərəb Əmirliklərininin qonaqları buranı ziyarət edir. Global Village Şərqin əsas turizm məkanı kimi BƏƏ-nin həyatında mühüm rol oynayır.

Təsviri Global Village-da hər kəs üçün bir şey var — ailə əyləncə və orijinal alış-veriş yarmarkaları, kafe və restoranlar, gecə mədəni əyləncə yerləri, dəbdəbəli pavilyonlar, yeməkxanalar, şou attraksionlar, konsertlər, karnavallar və s.

İnsanlar bura gələndə özlərini bir növ dünya səyahətinə çıxmış kimi hiss edir. Bütün ölkələrin pavilyonları əl işləri, məişət əşyaları, bəzək əşyaları, zərgərlik məmulatları, xalçalar, qab-qacaq, şah əsərlərini təqdim edir və etnik kimliklərini və bənzərsizliyini çatdırmağa çalışır.

Əyləncəli yerlər arasında ən böyük sualtı ekranlı işıq və səs şouları olan fəvvarələr, uşaqlar üçün müxtəlif tədbirlər və seminarlara ev sahibliyi edən interaktiv uşaq teatrı, Super Loop – peşəkar kaskadyorların maraqlı çıxışları ilə genişmiqyaslı kaskadyor şousu, Dubay Mədəniyyət nazirliyi tərəfindən təşkil edilən Əmirliyin mədəniyyətini və sənətkarlığını nümayiş etdirən Live Our Heritage Festivalı və dünyanın ən məşhur memarlıq simvollarını təsvir edən körpülər.Dubai's Global Village logs Dh3 billion business transactions, 7 million visitors in over 5 months

Pavilyonu olan ölkələr və qitələr: Avropa, Amerika, Afrika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Livan, Mərakeş, Oman, Pakistan, Fələstin, Qətər, Rusiya, Banqladeş, Cənubi Koreya, Bəhreyn, Şri Lanka, Suriya, Tayland, Əfqanıstan, Misir, Çin, Hindistan, İran, İraq, Yəmən, Səudiyyə Ərəbistanı, Yaponiya.

Həmçinin bax

Gələcəyin Muzeyi

İstinadlar

Xarici keçidlər Official Website of Global Village Dubai

Kateqoriya:Dubayın görməli yerləri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Dubay muzeyləri