Rafail Cəbrayıl oğlu Quliyev (25 iyul 1967) — Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri.

Həyatı və təhsili Rafail Quliyev 25 iyul 1967-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq" fakültəsini "Alim aqronom" ixtisası üzrə bitirib. Uzun illər müxtəlif dövlət orqanlarında və kənd təsərrüfatı sahəsində çalışıb. Ailəlidir, 4 övladı var.

Fəaliyyəti 2016–2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 2018-2020-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2020-2023-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışmışdır. 2023-2025-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışmışdır.

Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 2009-ci il 22 iyun tarixli Sərəncamı ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın kənd təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycanlı dövlət qulluqçuları Kateqoriya:1967-ci il təvəllüdlülər Kateqoriya:Biləsuvar rayonunda doğulanlar Kateqoriya:Yaşayan insanlar