Stomias boa — Həmçinin "boa ilan balığı", "pulcuqlu ilan balığı", "ilan-boa" və ya "boa pulcuqlu ilan balığı" kimi tanınan, "Stomiidae" fəsiləsinə aid dərin dəniz balığı növü. Bu növə tropik və mülayim okeanlarda dünya üzrə böyük dərinliklərdə rast gəlinir, lakin şimal Sakit okeanı və şimal-qərb Atlantik okeanında yoxdur.

Taksonomiya

Əvvəllər üç yarımnöv tanınırdı: "Stomias boa boa" (A. Risso, 1810) "Stomias boa colubrinus" (Garman, 1899) "Stomias boa ferox" (J. C. H. Reinhardt, 1842)

Bu yarımnövlər və digər iki növ müstəqil növlərə çevrilib: "Stomias boa boa" (Risso, 1810) indi "Stomias boa" (Risso, 1810) kimi tanınır. "Stomias boa colubrinus" (Garman, 1899) indi "Stomias colubrinus" (Garman, 1899) kimi tanınır. "Stomias boa danae" (Ege, 1933) indi "Stomias danae" (Ege, 1933) kimi tanınır. "Stomias boa ferox" (Reinhardt, 1842) indi "Stomias ferox" (Reinhardt, 1842) kimi tanınır. "Stomias boa gracilis" (Garman, 1899) indi "Stomias gracilis" (Garman, 1899) kimi tanınır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1810-cu ildə təsvir edilən balıqlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər