Pyrilia aurantiocephala (Keçəl tutuquşu) — Həmçinin "narıncıbaş tutuquşu" adlandırılan, tutuquşukimilər fəsiləsinə aid bir növ.

Taksonomiya

Bu tutuquşu əvvəlcə qara başlı olması ilə fərqlənən "leşçi tutuquşu"nun (Pyrilia vulturina) yetkin fərdi kimi qəbul edilirdi. Bununla belə, həmin fərdlərin cinsi yetkin olduğu aşkar edildikdə, onlar yeni bir növ kimi təsvir edildi. Əslində, hər iki növün cavan fərdlərinin tüklü, yaşıl çalarlı başları olur və bunlar yetkin fərdlərin görünüşündən xeyli fərqlənir. Bu tutuquşu əvvəllər hazırda monodir (tək növlü) olan "Pionopsitta" cinsinə aid edilirdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar Kateqoriya:Cənubi Amerika faunası Kateqoriya:Cənubi Amerika quşları