Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr.
Tarixi
Azərbaycan Nazirlər Sovetinin 12 mart 1968-ci il 105 saylı sərəncamı və Azərbaycan Mədəniyyət Nazirliyinin 10 iyul 1968-ci il 160 saylı əmrinə əsasən Sumqayıtda ilk professional kollektiv – Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” məzhəkəsi ilə açdı.Sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.
1969-cu ildə Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.Görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 30 sentyabr 1969-cu il tarixli, 446 nömrəli Qərarı — anl.az saytı
1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 may 2015-ci il 195 saylı qərarına əsasən Sumqayıt Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirir.
Repertuarı Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.
Fəaliyyəti dövründə teatr Azərbaycan klassik və müasir, eləcə də dünya klassiklərinin 250-dən artıq əsərini uğurla tamaşaya hazırlamışdır.
Uğurları Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Beynəlxalq və Respublika miqyaslı Teatr Festivallarında fəal çıxış edərək maraqlı və sanballı tamaşalar nümayiş etdirmişdir. O cümlədən Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Türkiyə Respublikasının Ankara, Mersin, Hindistan Yeni Dehli, Ukraynanın Donesk və digər şəhərlərdə respublikamızı yüksək səviyyədə təmsil etmişdir.
Kollektivi
Teatrda bir müddət görkəmli səhnə ustaları – Rza Əfqanlı, Barat Şəkinskaya, Məlik Dadaşov, Hacı Xəlilov, Kamil Məhərrəmov , Vaqif Əliyev, Afaq Bəşirqızı , Valeh Kərimov, Kübrabəyim Əliyeva,Hicran Mehbalıyeva Əli Nur,Ramiz Novruz, Sabir Məmmədov, Svetlana Həkimova, Məzahir Süleymanov,görkəmli rejissorlar Cənnət Səlimova , Nəsir Sadıqzadə, Arif Ağayev,Rövşən Almuradlı Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov , Yusif Əkbərov, Vaqif Ağayev, Ağalar İdrisoğlu çalışmışlar.
Sumqayıt Dövlət Dram Teatrının müxtəlif vaxtlarda çalışmış baş rejissor çalışmış rejissorlar
Nəsir Sadıqzadə (10 iyul 1968 - 13 noyabr 1969) Arif Ağayev (8 avqust 1969 - 26 dekabr 1970) Ağakişi Kazımov (26 dekabr 1970 - 19 mart 1973) Vaqif Şərifov (22 oktyabr 1974 - 20 iyun 1977 ) Mərahim Fərzəlibəyov ( 8 avqust 1977 - 9 mart 1981) Oruc Qurbanov (16 iyul 1982 - 20 iyun 1986) Vaqif Ağayev ( 20 iyun 1986 - 10 avqust 1987) Yusif Əkbərov ( 9 Sentyabr 1987 24 noyabr 1990) Ağalar İdrisoğlu (1991- 23 Sentyabr 1997) Firudin Məhərrəmov (21 oktyabr 1997-2026)
Bu gün Teatrda 1 Xalq Artisti, 8 Əməkdar Artist, 9 Tərəqqi medalçısı, 8 Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunan əməkdaş fəaliyyət göstərir.
Nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti 25 sentyabr 2008-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlı 2 sərəncam vermişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti", 6 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar artisti", 3 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3060 nömrəli Sərəncamı. və 6 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilmişdir "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3061 nömrəli Sərəncamı. .
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi ərəfəsində 05 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalamış və 50 illik yubileyi yüksək şəkildə qeyd olunub. Bu münasibətlə ölkə başçısının 16 oktyabr 2018-ci il sərəncamı əsasında 3 əməkdaş “ Əməkdar artist” fəxri adına, 7 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Xarici keçidlər Rəsmi saytı: sumqayitdram.az
İstinadlar
Kateqoriya:1968-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Sumqayıtdakı binalar və tikililər