Odessa Milli İncəsənət Muzeyi () — Ukraynada, Odessa şəhərinin mərkəzində, Narışkinlər sarayında (həmçinin "Pototski sarayı" adlanır, çünki ilk sahibi Olqa Stanislavovna Pototskayanın soyadı evləndikdən sonra Narışkina olmuşdur) yerləşən dövlət incəsənət muzeyi. Saray XIX əsrin əvvəllərinə aid memarlıq abidəsidir.
Tarixi Odessa İncəsənət Muzeyi 6 noyabr 1899-cu ildə Odessa İncəsənət Cəmiyyətinin (1865-ci ildə təsis edilmiş) səyləri ilə açılmışdır. Muzey kolleksiyası Sankt-Peterburq İncəsənət Akademiyasının muzey üçün bağışladığı rəsmlərlə başlanmışdır. 14 oktyabr 2021-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə milli status almışdır.
thumb|Muzeyin qarşısında 5 noyabr 2023-cü il raket hücumundan sonra yaranmış çuxur.
Rusiyanın Ukraynaya hücum əməliyyatları zamanı limana yaxın yerləşən muzey şəhərə edilən demək olar ki, hər bir hücumdan zərər görmüşdür. 5 noyabr 2023-cü ildə (muzeyin 124 illik yubileyi ərəfəsində) "Oniks" raketi muzeydən 4 metr aralıda partlamışdır. Administrativ bina və portik zədələnmiş, bütün pəncərələr uçmuşdur. Müharibənin başlanğıcından etibarən muzeyin əsas ekspozisiyası fondlara köçürülmüş və qismən təxliyə edilmişdir. Onun yerinə müasir rəssamların əsərləri sərgilənməyə başlanmışdır. Ekspozisiyanın bir hissəsi olan qrot sığınacaq kimi istifadə olunmuşdur. Muzeyin ziyarətçi sayı üç dəfə azalmışdır.
Adı Tarixi boyu muzey dəfələrlə adını dəyişmişdir:
1899 — Şəhər İncəsənət Muzeyi 1919 — Birinci Dövlət Rəsm Qalereyası 1923 — Üçüncü Xalq İncəsənət Muzeyi 1925 — Xalq İncəsənət Muzeyi 1928 — Odessa Xalq İncəsənət Muzeyi 1929 — Xalq İncəsənət Muzeyi 1938 — İ. İ. Brodski adına Rus və Ukrayna İncəsənət Muzeyi 1944 — İncəsənət Rəsm Qalereyası B1947 — Rəsm Qalereyası 1950 — Odessa Dövlət Rəsm Qalereyası 1966 — Odessa İncəsənət Muzeyi 2021 — Odessa Milli İncəsənət Muzeyi
Binası Odessa İncəsənət Muzeyinin binası 1828-ci ilə qədər naməlum müəllifin layihəsi əsasında inşa edilmişdir. Binanı məşhur odessalı memar Frans Boffo yoxlamışdır. Sarayın ilk sahibi qrafinya Olqa Stanislavovna Narışkinanın qızlıq soyadı Pototskaya olmuşdur. 1840-cı illərdə saray sahiblərini dəyişmiş, 1888-ci ildə isə şəhər başçısı Qriqori Marazli tərəfindən alınaraq şəhərə hədiyyə edilmişdir.С. Г. Решетов О даре городским головою Григорием Григорьевичем Маразли здания дворца на ул. Софиевской городу Одессе для устройства в нем Музея изящных искусств . // Вісник Одеського художньного музею.— 2014.— № 1.
Kolleksiyası Odessa İncəsənət Muzeyinin kolleksiyası təsviri sənətin bütün növlərini — rəssamlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənəti əhatə edir və 10 mindən çox əsərdən ibarətdir. 26 zalda yerləşən ekspozisiyada XVI–XVIII əsrlər ikona rəssamlarının əsərləri, XVII əsrin dünyəvi portretləri, İvan Ayvazovskinin çoxsaylı əsərləri və XIX əsrin ikinci yarısında Rusiya incəsənətində demokratik istiqamətin nümayəndələri, xüsusilə Səyyar Sərgi Cəmiyyətinin üzvlərinin işləri nümayiş etdirilir. Bunlar İvan Kramskoy, Aleksey Savrasov, İsaak Levitan, İvan Şişkin, Arxip Kuinci, İlya Repin, Vasili Surikov və başqalarının əsərləridir. XIX–XX əsrlər sərhəddindəki sənət Valentin Serov, Mixail Vrubel, Nikolay Rerix, Boris Kustodiyev, Aleksandr Benua, Konstantin Somov, Vasili Kandinski və Cənubi Rus Rəssamlar Cəmiyyətinin ustalarının — Kiriak Kostandi, Gennadi Ladıjenski, Gerasim Qolovkov, Pyotr Nilus, Pyotr Qanski, Nikolay Kuznetsovun rəsmləri ilə təmsil olunur. XX–XXI əsrlər sənəti şöbəsi 1920-ci illərdən indiki dövrə qədər Odessanın bədii həyatını əks etdirir.Экспозиция , Официальный сайт Одесского художественного музея.
Yeraltı hissəsi Narışkinlər sarayının altında bir neçə boşluq — zirzəmilər və qalereyalar mövcuddur. Sarayın mərkəzi hissəsinin altında yerləşən yeraltı qrot Odessada ziyarətçilər üçün açıq olan yeganə belə məkandır. Bu gün qrotda ekskursiyalar keçirilir, burada sarayın tarixi, sahibləri və Şəhər İncəsənət Muzeyinin sarayda yerləşdirilməsi haqqında məlumat əldə etmək olar. Muzeydə Ukrayna dekorativ-tətbiqi sənət zalı və "Sarı nəhənglər" qalereyası açılmışdır.
İstinadlar
Xarici keçidlər Официальный сайт Одесского национального художественного музея Официальная страница в Facebook
Kateqoriya:Ukrayna muzeyləri Kateqoriya:Odessa Kateqoriya:Avropadakı incəsənət muzeyləri