Sergey Viktoroviç Jadan (; ) — ukraynalı şair, nasir, tərcüməçi, həmçinin müğənni və musiqiçi, Ukraynanın "Жадан і Собаки" və "Линия Маннергейма" rok qruplarının üzvü, ictimai fəal. "Depeş mod", "Voroşilovqrad", "Mesopotamiya", "İnternat" romanlarının, "Sitat kitabı", "Efiopiya", "Məryəmin həyatı", "Tampliyerlər", "Antenna" şeir toplularının müəllifi. Həyatı Sergey Jadan sürücü ailəsində anadan olub. Xalası Aleksandra Kovalyovadır. 1996-cı ildə Qriqori Skovorod adına Xarkov Milli Pedaqoji Universitetini bitirmişdir. Qeyd edir ki, ilk imtahanını professor Uşkalovv götürmüşdür, həmçinin, K.Balabuxa ona dərs demişdir. 1996-1999-cu illərdə universitetin aspiranturasında təhsil almış, filologiya elmləri namizədi ("Mixail Semenkonun fəlsəfi-estetik baxışları" dissertasiya əsəri) elmi dərəcəsinə yiyələnmişdir. 2000-ci ildən Xarkov Milli Pedaqoji Universitetinin Ukrayna və dünya ədəbiyyatı kafedrasının müəllimidir. 2004-cü ildə isə müəllimlik fəaliyyətini dayandırıb.
O, alman (o cümlədən Paul Selandan), ingilis (Çarlz Bukovski daxil olmaqla), belarus (Andrey Xadanoviç), rus dillərindən (o cümlədən Kiril Medvedyev, Danila DavidovС. Жадан. «Я — за Социалистический Интернационал!» // Книжное обозрение. — 2005. — № 41 (2051), 10—16 октября.) şeirlər tərcümə edir. Öz mətnləri alman, ingilis, polyak, serb, xorvat, litva, belarus, rus və erməni dillərinə tərcümə edilmişdir.
2008-ci ilin martında Jadanın "Ukraynada anarxiya" romanının rusca tərcüməsi "Milli Bestseller" Rusiya ədəbi mükafatının siyahısına daxil edilib (namizəd rus yazıçısı Dmitri Qorçev idi). 2008-ci ildə kitab Moskva Beynəlxalq Kitab Sərgisində "İlin kitabı" müsabiqəsində qısa siyahıya düşmüş və fəxri diploma layiq görülmüşdür. 2010-cu ilin may ayında GQ jurnalı Jadanı "Qırmızı Elvis" kitabına görə "Yazıçılar" kateqoriyasında "İlin adamı" adına ikinci dəfə namizəd göstərib (ilk nominasiya 2008-ci ildə Böyük Britaniyada "Ukraynada anarxiya" əsəri üçün olub).
O, Xarkovda həm yaşayır, həm də işləyir. O, əsərlərini mütəmadi olaraq Ukraynanın və Qərbi Avropanın müxtəlif şəhərlərində, o cümlədən ukraynalı musiqiçilərlə (xüsusən də "Jadan və Köpəklər" ska-pank qrupuТур Сергія Жадана та Собак у Космосі // Мистецька Аґенція «АртВертеп», 16 мая 2011.) ifa edir.
O, Xarkov Avromeydanının fəal iştirakçısı olub və 2014-cü ilin martında bu hərəkatın tərəfdarları ilə əleyhdarları arasında toqquşma zamanı yaralanıb.Сергей Жадан пострадал в результате столкновений возле ОГА в Харькове «Украинская Правда. Жизнь», 01.03.2014
2016-cı ildə o, "Ukraynanın ilin kitabı" dövlət mükafatına layiq görülüb, ondan əldə etdiyi gəliri Luqansk vilayətindəki uşaq müəssisələrinə yardım məqsədi ilə bağışlayıb.Жадан віддасть свою премію від Порошенка дітям Луганщини «Украинская Правда. Жизнь», 01.08.2016
2016-2019-cu illərdə isə Taras Şevçenko adına Ukrayna Milli mükafatı Komitəsinin üzvü olub.
2017-ci ildə onun adı, Belarusa giriş qadağası ilə bağlı bəzi siyahılarda olduğu üçün qısa müddətə saxlanılıb, lakin sonra sərbəst buraxılaraq, yaşanan insident "anlaşılmazlıq" adlandırılıb.
2017-ci ilin may ayında o, "Ukrayna mədəniyyətinə xüsusi töhfəsinə və sabit vətəndaş mövqeyinə görə" Vasil Ştus mükafatına layiq görülüb.Сергей Жадан получил премию Василия Стуса «Украинская правда Жизнь», 20.05.2017
thumb|240px|left|Sergey Jadan Leypsiq Kitab Sərgisində, 2018 2017-ci ilin sentyabr ayında "İnternat" kitabı işıq üzü görüb.
2019-cu il prezident seçkilərində o, Petro Poroşenkonu, növbədənkənar parlament seçkilərində isə "Səs" partiyasını dəstəkləyib.
Sergey Jadanın ədəbi əsərləri çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüş və iyirmidən çox dilə tərcümə edilmişdir.
18 dekabr 2019-cu ildə PEN Amerika "2020-ci il üçün PEN Amerika Ədəbiyyat mükafatları" siyahılarını açıqladı. Teatr direktoru Virlana Tkaç və amerikalı şairə Vanda Fips tərəfindən tərcümə edilmiş Sergey Jadanın seçilmiş şeirlərindən ibarət "Biz nə üçün yaşayırıq, nə üçün ölürürük" kitabı "Tərcümə edilmiş poeziya" nominasiyasında namizədlər sırasında olub.
2022-ci ilin martında Polşa Elmlər Akademiyası tərəfindən Ədəbiyyat üzrə "Nobel" mükafatına namizəd göstərilib.
2022-ci ilin iyul ayında o, "bədii yaradıcılığına, eləcə də həyatını təhlükəyə ataraq müharibədə insanlara müraciət etdiyi və onlara göstərdiyi humanitar münasibətinə görə" Alman Kitab Satıcılarının Sülh mükafatına layiq görülüb. Şəxsi həyatı thumb|245px|Sergey Jadan, Vrotslav, Polşa, 2015 Onun ilk evliliyi Xarkov Arabesk Teatrının qurucu direktoru, rejissoru Svetlana Oleşko ilə olub (onlar 1995-2007-ci illərdə evli olublar; Oleşko 2024-cü ildə vəfat edib). Onların bu evlilikdən İvan adlı oğlu var.
Sergey Jadan 13 dekabr 2009-cu ildə ikinci dəfə evləndi - "Folio"Сергей Жадан женился на распространительнице своих книг «Gazeta.ua», 17.12.2009 nəşriyyatının əməkdaşı İrina Kunitsina ilə (2023-cü ildə boşanmaq üçün ərizə veriblər) evlənib. Onların bub evlilikdən Mariya adlı qızları var.
Onun Kristina Soloviy ilə (1993-cü il təvəllüdlü) ilə 2022-ci ilin fevralında başlayan münasibəti də olub, sonra onlar ayrılıblar.
Tənqidçilərin fikirləri Tənqidçilər Sergey Jadanı postsovet məkanında ən yaxşı yazıçılardan biri adlandırırВиктор Топоров. Итоги 2009. Литература как литература // Частный Корреспондент. — 2009. — 21 декабряЮрий Володарский. Красный на оранжевом // Частный Корреспондент. — 2009. — 11 декабря və onun həm ümumi, həm də savadlı auditoriyaya xitab etdiyini qeyd edirlər.Лиза Новикова. Сергей Жадан обороняет Ворошиловград // Известия. — 2012. — 14 августа
Onun "Voroşilovqrad" romanı xüsusi tərif və dəstək alaraq,Михаил Трофименков. Кто на Харків? Роман украинского автора — предмет зависти российских коллег Жадана. // GQ. — 2010. — № 2 (февраль)Лиза Биргер. Пограничник миров // Газета.ru. — 2012. — 10 июляДмитрий Мадьяр. Донецкий спиричуэлс Жадана // Контрабанда — 2013. — 21 апреля bütöv bir nəslin manifesti adlandırılıb.Екатерина Дайс. Демиург и бензоколонка // Русский журнал. — 2012 — ДекабрьВладимир Цыбульский. На свободу с чистым Элвисом // Газета.ru. — 2009. — 24 декабряМайя Кучерская. Клуб авиаторов. // Ведомости. — 2012. — № 138 (3152)
Əsərləri Şeir topluları
1995 — Sitat kitabı 1995 — General Yuda 1998 — Пепсі 2000 — Вибрані поезії. 1992—2000 2000 — Балади про війну і відбудову 2003 — Історія культури початку століття 2005 — Sitat kitabı 2007 — Maradona 2009 — Ефіопія 2009 — Лілі Марлен (з фото І. Нещерета) 2012 — Вогнепальні й ножові 2014 — Динамо Харків 2015 — Життя Марії 2016 — Тамплієри 2018 — İlin müğənnisi mükafatı 2018 — Antena 2019 — Список кораблів
Nəsr əsərləri
2003 — Біґ Мак (hekayələr toplusu) 2004 — Depeş mod 2005 — UKR-də anarxiya 2006 — Гімн демократичної молоді 2007 — Біґ Мак 2 (hekayələr və şeirlər toplusu) 2010 — Voroşilovqrad 2014 — Mesopotamiya 2017 — İnternat
Rus dilinə tərcümələri Nəsr Əsrin əvvəllərində mədəniyyət tarixi. / tər. İ.Sida. — M.: KOLONNA nəşrləri, ARGO-RİSK, 2003. Hər şey yalnız bizdən asılıdır. / tər. P.Barskova, İ.Belova, St.Belski, M.Qalina, D.Kuzmin, İ.Sida, B.Xersonski, A.Tsvetkov, A.Şetnikova. Komp. Dmitri Kuzmin. — Ozolnieki: Sərhədsiz Ədəbiyyat, 2016. Odlu silahlar və bıçaqlar / tər. İ.Belova, St.Belski. - SPb.: Translit, 2016.
Nəzm Depeş mod / tər. А.BrajkinoВ книге имя переводчика не указано. Упоминается, например, в интервью С. Жадана газете «Книжное обозрение»: С. Жадан. «Я — за Социалистический Интернационал!» // «Книжное обозрение», № 41(2051), 10-16 октября 2005 — Sankt-Peterburq: Amfora, 2005. Ukraynada anarxiya. / tər. Z.Babloyan. — Sankt-Peterburq: Amfora, 2008. Qırmızı Elvis / tər. Z. Babloyan, A.Brajkina, A Pustoqarov, İ.Sid, E.Çuprina. — Sankt-Peterburq: Amfora, 2009. Voroşilovqrad / tər. Z.Babloyan. - M.: Astrel, 2012. İnternat/ tər. E Mariniçeva. - Çernivtsi: Meridian Czernowitz, 2017.
İstinadlar
Ədəbiyyat Дмитриев А. Мій Жадан, або Небо над Харьковом // Новое литературное обозрение. — 2007. — № 85. — С. 289—310. Xarici keçidlər Жадан читает на OPENSPACE.RU два стихотворения: своё и Дмитрия Пригова Поэзия Сергея Жадана Стихи в переводах А.Пустогарова Страница в журнале Text Only Страница в Лавке языков Блог Сергея Жадана на сайте «Корреспондент» Блог Сергея Жадана на сайте ТСН «Жить значит умереть». «Оркестр Че» + Сергей Жадан Жадан читает «Грибы Донбасса» на презентации в Донецке Жадан читает «Лукойл» на концерте «Собак в космосе» в Польше Жадан читает стихи на фестивале «Киевские лавры-2008» Сергей Жадан в переводах Елены Фанайловой Стихи Жадана в переводе Евгении Чуприной Сергей Жадан вместе со ска-группой «Собаки в космосе» выступает на фестивале «День Независимости с Махно» Фрагменты выступления Сергея Жадана со ска-группой «Собаки в космосе» в Киеве Эссе Сергея Жадана «Время, когда солнце останавливается» Интервью Сергея Жадана журналу «Рабкор» «Политических убеждений у меня нет». Интервью Сергея Жадана журналу «Частный Корреспондент» Трейлер немецкой театральной постановки по книге «Депеш мод» Сергея Жадана Коментатори (укр.) Телерепортаж о немецкой театральной постановке по книге «Депеш мод» Сергея Жадана Жадан читает 4 своих стихотворения в разрушенном харьковском театре 1. «Прощание славянки» 2. «Mercedes-Benz» 3. «Грибы Донбасса» 4. «Почтальон из Амстердама» Открытое письмо писателя Сергея Жадана губернатору Михаилу Добкину
Kateqoriya:Ukrayna tərcüməçiləri Kateqoriya:Ukraynalı yazıçılar Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Alman dilindən tərcümə edənlər Kateqoriya:İngilis dilindən tərcümə edənlər Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Filologiya elmləri namizədləri Kateqoriya:Ukrayna romançıları