Qışda qalma sindromu — Antarktida (və ya Arktika) qışında, yəni yeddi- səkkiz ay davam edən qışda yaşayan şəxslərdə meydana gələn bir vəziyyət.

Bu vəziyyət, Antarktikada və ya Thule, Alert, Eureka kimi qütb bazalarındakı tədqiqat stansiyalarında yaşayan şəxslərdə müşahidə edilmişdir. Qışda qalma sindromu, müxtəlif davranış və tibbi pozğunluqlardan ibarətdir. Bunlara əsəbilik, depressiya, yuxusuzluq, yaddaşın zəifləməsi, aqressiv davranışlar və sinirli bağırsaq sindromu daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sindromlar