Ottavio Farneze (; ) — 2-ci Parma hersoqu.

Həyatı 9 oktyabr 1524-cü ildə Toskanadakı ailə mülklərində dünyaya gəldi. Atası Papa III Pavelin oğlu Piyer Luici, anası isə məşhur Orsini ailəsindən Girolama Orsinidir. 4 noyabr 1538-ci ildə Müqəddəs Roma imperatoru V Karlın nigahdan kənar qızı və Florensiya hersoqu Alessandro Mediçinin dul xanımı Marqaritayla evləndirildi. Cütlüyün bu nigahdan 2 əkiz övladı doğulsa da, onlardan biri körpə ikən vəfat etdi.

Karl Farneze (1545) Alessandro Farneze, Parma və Piaçensa hersoqu

Bundan başqa Ottavionun nigahdan kənar doğulan Violanta və Ersiliya adlı 2 qızı da vardı.

Atasının 1545-ci ildə Parma və Piaçensa hersoqu olması ilə boşalan Kastro hersoqluğuna təyin olundu. Ancaq cəmi 2 il sonra atası Müqəddəs Roma imperatoru V Karlın sifarişilə yerli əyanlar tərəfindən qətlə yetirildi. İmperiya orduları hersoqluğu işğal etdi və babası III Pavel onun taxt iddiasını tələb etmədi.

Nəhayət uzun çəkişmələrin ardından, fransızların dəstəyilə Parma və Piaçensa hersoqluğunda hakimiyyəti ələ aldı.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri