Ranuççio Farneze (; ) — italyan kardinal. Papa III Pavelin nəvəsi, 1-ci Parma hersoqu Piyer Luicinin isə oğlu idi.

11 avqust 1530-cu ildə Toskanadakı ailə mülklərində dünyaya gəldi. Atası Papa III Pavelin oğlu Piyer Luici, anası isə məşhur Orsini ailəsindən Girolama Orsinidir.

Hələ 12 yaşında Malta cəngavərlərinin Venesiyadakı ən mühüm mülkünün baş rahibi seçildi. 1545-ci ildə kardinal təyin edildi. Eyni zamanda bir neçə fərqli əyalət üzrə baş yepiskop təyin edildi.

29 oktyabr 1565-ci ildə Parmada yüksək hərarətdən vəfat etdi. Cənazəsi Parma kafedralına dəfn olundu.

İstinadlar

Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Xristianlıq