Olqa Aleksandrovna Kovalkova (; ) — Belarus siyasətçi, hüquqşünas, mühasib, qeydiyyatdan keçməmiş Belarus Xristian Demokratiya partiyasının həmsədri və siyasi böhranın aradan qaldırılması prosesinin təşkili üzrə Koordinasiya Şurasının üzvü. O, 2020-ci il Belarus etirazları və mübahisəli 2020-ci il Belarus prezident seçkilərindən sonra müxalifətin aktiv siyasi lederlərindən biri olub. Həyatı Olqa Kovalkova 26 yanvar 1984-cü ildə Minskdə anadan olub.

2006-cı ildə Kovalkova Belarus Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Olqa Kovalkova 2005-ci ildə Respublika Kadrların İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunda mühasib, Şərqi Avropa Siyasi Araşdırmalar Məktəbində isə siyasi elmlər dərəcəsi alıb.

Olqa Kovalkova 2004-2008-ci illərdə Minsk şəhərinin rayon administrasiyalarında, sonra mənzil-tikinti istehlak kooperativlərində hüquqşünas, sədr və baş mühasib kimi çalışıb. O, 2011-2014-cü illərdə Təkmilləşdirmə İnstitutunda müəllim vəzifələrində işləyib.

2011-ci ildən Olqa Kovalkova Belarus dövləti tərəfindən rəsmən qeydiyyata alınmamış “Belarus Xristian Demokratiyası” partiyasının üzvüdür. Hazırda Kovalkova Belarus Xristian Demokratlar Partiyasının həmsədridir. Siyasi fəaliyyəti 2019-cu il Parlament seçkiləri Olqa Kovalkova 2019-cu ildə 103 saylı Minsk Puşkinski seçki dairəsindən deputatlığa namizəd kimi seçkilərdə iştirak edib. Lakin parlamentə seçilə bilməyib. 2020-ci il Prezident seçkiləri 12 fevral 2020-ci ildə Olqa Kovalkova Belarusda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

O, martın 27-də başlayıb aprelin 30-da başa çatan praymerizdə iştirak edib. Onun məqsədi müxalifətin vahid namizədini müəyyən etmək olub və Kovalkova 1073 səs toplayıb. Beləliklə, o, praymerizdə üçüncü yeri tutub.

20 may 2020-ci il tarixində Belarus Mərkəzi Seçki Komissiyası 120 nəfərdən ibarət təşəbbüs qrupunu qeydə alıb. Bununla belə, COVID-19 pandemiyası səbəbindən Kovalkova namizədliyi üçün imza toplamaq niyyətində olmayıb.

"TUT.BY", "Teleqraf.by" və Belarus “Azadlıq Radiosu” kimi portalların keçirdiyi onlayn sorğulara əsasən, Kovalkovanın reytinqi mayın 20-dən 26-na kimi 0,25%-dən 0,37%-ə qədər dəyişib.

İyunun 19-da Belarus Respublikasına namizədlər üçün imzaların toplanması başa çatıb, lakin Kovalkova toplanan imzaların sayı barədə danışmayıb. Həmçinin o, Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini təqdim etməyib.

İyunun 30-da Mərkəzi Seçki Komissiyası Olqa Kovalkovanın namizədliyini rədd edib.

Olqa Kovalkova seçkilərdə namizəd Svetlana Tixanovskayanın etibarlı adamına çevrilib.

Seçkilərdən sonra 250px|thumb|right|Belarus Koordinasiya Şurasının rəyasət heyətinin mətbuat konfransı (Olqa Kovalkova mərkəzdə), 2020-ci il Avqustun 17-də, Belarusda 2020-ci il etirazları zamanı Olqa Kovalkova siyasi böhranın aradan qaldırılması prosesinin təşkili üzrə Koordinasiya Şurasının rəyasət heyətinin üzvü seçilib. Koordinasiya Şurasının əsas məqsədi konstitusiya çərçivəsində hakimiyyətin ötürülməsini təmin etmək idi.

Avqustun 21-də, hakimiyyətin ötürülməsi üzrə şuranın yaradılması ilə bağlı cinayət işinin açılmasından bir gün sonra, Mariya Kolesnikova Polşanın baş naziri ilə görüşmək üçün Polşaya uçmağa cəhd edərkən Minsk hava limanında saxlanılıb. Qeyd edək ki, baş nazir Mateuş Moraveçkiy bu görüş barədə heç bir açıqlama verməyib.

Avqustun 25-də məhkəmənin qərarı ilə Olqa Kovalkova 10 sutka müddətinə həbs edilib.

Sentyabrın 4-də günortadan sonra Kovalkova təhlükəsizlik qüvvələri tərəfindən Minskdəki Okrestinadakı təcridxanadan gizli şəkildə naməlum istiqamətdə aparılıb. Sentyabrın o, 5-də saat 2-də Qrodno-Varşava marşrutu ilə Bruzgi sərhəd-keçid məntəqəsinə aparılıb.«Приехали в изолятор, посадили в машину, надели капюшон». Ковалькова рассказала, как ее вывезли из Беларуси // :ru:TUT.BY. 5 сентября 2020. Sentyabrın 5-i axşama olan məlumata görə, Kovalkova məcbur şəkildə Polşa ərazisinə yola salınıb.

Sentyabrın 21-də Olqa Kovalkova Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edib.

Olqa Kovalkova 6 mart 2023-cü ildə Minsk şəhər məhkəməsi tərəfindən "hakimiyyəti zorla ələ keçirmək" ittihamı ilə qiyabi olaraq 12 il həbs cəzasına məhkum edilib.

İstinadlar

Xarici keçidlər // Страна для жизни. 13 февраля 2020. Варшава. Пресс-конференция членов Координационного совета Павла Латушко и Ольги Ковальковой. 07.09.2020.

Kateqoriya:Belarusda siyasi məhbuslar Kateqoriya:Belarus dissidentləri Kateqoriya:Siyasi mühacirlər