Selasphorus calliope (Kaliopa kolibrisi) — ABŞ və Kanadada yaşayan ən kiçik quş növü.

Təsvir

Kaliopa kolibrisi Kanadada və ABŞ-da çoxalan ən kiçik quşdur. Yetkin bir Kaliopa kolibrisi 7-10 sm uzunluğunda, qanad aralığı 11 sm və çəkisi 2-3 qram ola bilər. Beli və başının üstü parlaq yaşıl, alt hissələri isə ağ rəngdədir. Yetkin erkək fərdlərin boğazında şərab-qırmızı zolaqlar, yaşıl yan tərəfləri və tünd quyruğu var. Yetkin erkək fərdlər ərazi və ya dişilər üçün rəqabət edərkən boğazlarındakı tünd qırmızı lələklər xarici tərəfə doğru uzanaraq daha fərqlənən görünüş yaradır. Dişi və cavan fərdlərin yan tərəflərində çəhrayı çalarlar, boğazlarında tünd zolaqlar və ağ uclu tünd quyruqları var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1847-ci ildə təsvir edilən quşlar Kateqoriya:Şimal-qərbi ABŞ quşları Kateqoriya:Qərbi ABŞ quşları