Artur Sergeyeviç Felfner (; ) — ukraynalı yüngül atlet (nizə atma). 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının iştirakçısı. Həyatı Artur, Sergey və Daryanın ailəsində Konotopda anadan olub. Daha sonra, ailə Baxmaça köçdü. Onun, Nazar və Matvey adlı iki kiçik qardaşı da var. Babası və nənəsi Baturində yaşayır.
Artur, atasının məşqçi işlədiyi Mamiaşvili adına Konotop Uşaq-Gənclər İdman Məktəbində yüngül atletika ilə məşğul olmağa başlayıb. O, Brovari Ali Bədən Tərbiyəsi Məktəbini bitirib. Baş məşqçisi Vyaçeslav Rımko olub.
2018-ci ildə Dneprdə keçirilən gənclər arasında Ukrayna çempionatında o, 700 qram çəkidə, 62,63 metrə nizə atmaqda şəxsi rekordunu qırdı və turnirdə qızıl medal qazandı. Felfner 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında Ukraynanı təmsil edərək, 73,16 metr məsafəyə nizə atmaqla bürünc medal qazandı.
Ukraynalı idmançı 2021-ci ildə Tallində keçirilən yeniyetmələr arasında Avropa çempionatında, 78,41 metr məsafəyə nizə ataraq qızıl medal qazandı. Daha sonra o, Nayrobidə (Keniya) keçirilən yeniyetmələr arasında Dünya çempionatında, finlandiyalı Janne Lyaspaya 14 santimetr məsafəni uduzaraq gümüş medal qazandı. 2021-ci ilin nəticələrinə əsasən, o, Ukrayna Atletika Federasiyasının "Yüksələn ulduz" mükafatına layiq görülüb.
2022-ci ilin mayında Offenburqda keçirilən yarışda, 83,28 metr məsafəyə nizə tullamaqla, turnirin dördüncüsü olsa da, Ukraynada gənclər arasında rekord nəticə oldu. İyul ayında o, Şomorində keçirilən yarışda, 84,32 metrə nizə tullamaqla nəticəsini yenilədi.
Elə həmin il Felfner Kolumbiyada keçirilən gənclər arasında Dünya çempionatında 79,36 metr nəticə ilə qalib oldu.
2022-ci ilin avqustunda isə, Münhendə keçirilən Avropa çempionatında böyüklər səviyyəsində debüt etdi və finala yüksəldi. 2023-cü ilin martında Leyridə keçirilən Avropa kubokunda 80,09 metr nəticə ilə qızıl medal qazandı. thumb|left|2023-cü il müsabiqəsində
2023-cü ildə Artur Felfner Avropa Oyunlarında bürünc medal, Ukrayna çempionatında və gənclər arasında Avropa çempionatında qızıl medal qazandı və Dünya çempionatında təsnifat mərhələsində 32-ci nəticəni göstərdi. thumb|right|2024-cü ildə O, 2024-cü ilə avrokuboklarda yarışa, 81,89 metr nəticə qələbə ilə başlayıb. Offenburqda keçirilən Hylo Javelin Meeting 2024 yarışında isə, 83,95 metr nəticə göstərib. 2024-cü ildə Romada keçirilən Avropa çempionatında o, yarışda səkkizinci (81,38 metr) olmaqla finala yüksələ bilib. 2024-cü ilin iyununda Lvovda keçirilən Ukrayna çempionatında o, karyerasında ikinci dəfə qızıl medal qazanıb. İyul ayında Parisdə keçirilən Diamond Liqasında (80,48 metr, beşinci yer) yarışıb.
Dünya reytinqindəki mövqeyi sayəsində, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edib.
Mükafatları "Əmək və Şücaətə görə" medalı (7 sentyabr 2023)
İstinadlar
Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar