Dinamo Siti( əvvəllər ) — Albaniya futbokl klubu. Paytaxt Tirana şəhərini təmsil edir. 25 iyun 1950-ci ildə təsis edilmişdir. 1995–1997-ci illərdə klub Olimpik Tirana () adlanıb. Tirana klubundan sonra ən titullu Albaniya klubudur.

Tarixi Klub rəsmi olaraq 1950-ci il martın 3-də Ənvər Xocanın kommunist rejimi dövründə Albaniya Daxili İşlər Nazirliyi tərəfindən yaradılıb. Klub yeni yaranmasına baxmayarq 1950–1953-cü illərdə ardıcıl dörd çempionluq qazanır. Bu müddət ərzində "Dinamo" ardıcıl 25 qələbə ilə, Albaniya futbolunda rekord və Avropada isə, daxili yarışlarda ən uzun qələbə seriyasına nail olan 4-cü komanda olur.

1971/72 mövsümündə Kuboklar Kubokunda Vyananın "Austriya" komandası ilə qarşılaşan klub avrokuboklarda debüt edir. Ancaq klub 1:2 hesabı ilə məğlub olur. 1985/86 mövsümündə "Dinamo" ilk dəfə avrokuboklarda mərhələ adlayır. UEFA Kubokunda tək ev qolu sayəsində Maltanın "Hamrun Spartans" klubu yarışdan uzaqlaşdırılır. Lakin klub növbəti mərhələdə klub Lissabonun Sportinq klubuna uduzur.

1995-ci ildə komunist keçmişini silmək üçün komandanın adı dəyişdirilərək "Olimpik Tirana" olur. Ancaq 1997-ci ildə klub əvvəlki adına qayıdır.

25 avqust 2023-cü ildə klub prezidenti Ardian Bardhi klubun adının Dynamo Siti olaraq dəyişdirildiyini elan edir.

Uğurları Albaniya Superliqası: 18 (1950, 1951, 1952, 1953, 1955, 1956, 1960, 1966–67, 1972–73, 1974–75, 1975–76, 1976–77, 1979–80, 1985–86, 1989–90, 2001–02, 2007–08, 2009–10) Albaniya kuboku: 13 (1950, 1951, 1952, 1953, 1954, 1960, 1970–71, 1973–74, 1977–78, 1981–82, 1988–89, 1989–90, 2002–03) Albaniya superkuboku: 2 (1989, 2008)

İstinadlar

Kateqoriya:Albaniya futbol klubları Kateqoriya:Dinamo idman cəmiyyəti