Melozone crissalis (Kaliforniya tovisi) — "Passerellidae" fəsiləsinə aid olan və ABŞ-ın qərbi Oreqon və Kaliforniya sahil bölgələrində, həmçinin Meksikanın Aşağı Kaliforniya və Cənubi Aşağı Kaliforniya bölgələrində yaşayan quş növü.

Taksonomiya

Bu növün taksonomiyası mübahisəli olmuşdur. Bəzi müəlliflər bu quşları Vüroklar ("Fringillidae") fəsiləsinə aid edirlər. Bu növ ilə oxşar olan kanyon tovisi (Melozone fuscus) arasındakı fərqin növ və ya yarımnöv səviyyəsində olması ilə bağlı mübahisələr olmuşdur. Bu iki növ əvvəllər "qəhvəyi tovi" adı altında birləşdirilmişdir, lakin indi xüsusilə lələk rənglərinin fərqli olması və "kanyon tovisi"nin qəhvəyi mərkəzi döş ləkəsi səbəbilə ayrıca tanınır. Bu iki populyasiya bir-birindən kifayət qədər təcrid olunmuşdur və molekulyar genetika bu məsələni iki fərqli növ kimi qəbul etmək istiqamətində həll edib. Digər tərəfdən, "M. crissalis" daxilində şimali və Aşağı Kaliforniya populyasiyaları arasında az fərq var. Hazırda alimlər "Abert tovisi"ni "Kaliforniya tovisi"nin ən yaxın qohumu hesab edirlər, çünki onların DNT və nümunələri yaxın uyğunluq göstərir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1839-cu ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Nikolas Eyluord Vigors tərəfindən adlandırılmış taksonlar