Svayer–Ceyms sindromu — Həmçinin Swyer–James–MacLeod sindromu olaraq da bilinən, nadir rast gəlinən ağciyər xəstəliyi. Ağciyərin kiçik olması ilə xarakterizə olunur.
Səbəblər Uşaqlıq dövründə adenovirus infeksiyasını izləyən bronxiyolit obliteransı nəticəsində qan damarlarının azalması və alveolların genişlənməsi baş verir. Bunun nəticəsində ağciyərdə hava tıxanıqlığı yaranır.
Simptomlar Adətən xəstəlik başqa bir problemi araşdırılarkən aşkar edilir. Bəzən fiziki fəaliyyət zamanı nəfəs darlığı, xırıltı, məşq etmə bacarığının azalması, öskürək və sinə ağrısı müşahidə edilir. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ağciyərlərə təsir edən sindromlar Kateqoriya:Ağciyər xəstəlikləri