Phalaenoptilus nuttallii (Adi porvil) — "Keçisağanlar" fəsiləsinə (Caprimulgidae) aid olan gecə quşu.

Taksonomiya

Adi porvil 1844-cü ildə ornitoloq Con Ceyms Odübon tərəfindən təsvir edilmişdir. Odubon, Cənubi Dakota ərazisində Missuri çayının şərq sahilində toplanan nümunə əsasında bu quşa "Caprimulgus nuttallii" binominal adını vermişdir. Xüsusi epitet, onun dostu olan ornitoloq Tomas Nattolun şərəfinə seçilmişdir. 1880-ci ildə amerikalı ornitoloq Robert Ricvey bu növü "Phalaenoptilus" cinsinə aid etmişdir. Cins adı qədim yunan sözləri olan "phalaina" (güvə) və "ptilon" (lələk) sözlərindən götürülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1844-cü ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:Qərbi ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:20–24 ID olan Taksonbar