Oxyuranus microlepidotus (İnland taipan) — Ümumi adları ilə "qərb taipanı", "kiçik pulcuqlu ilan" və ya "qəzəbli ilan" kimi tanınan, Aspidlər fəsiləsinə aid son dərəcə zəhərli bir ilan növü.White, Julian (November 1991). Oxyuranus microlepidotus . "Neurotoxic paralysis usually takes 2-4 hours to become clinically detectable. Coagulopathy however may become well established within 30 minutes of a bite" International Programme on Chemical Safety. Retrieved 8 November 2013. Bu növ Avstraliyanın orta şərqindəki yarı quraq bölgələrə endemikdir.Cecilie Beatson (29 November 2011). Animal Species: Inland Taipan Australian Museum. Retrieved 14 October 2013. Yerli Avstraliya aborigenləri bu ilanı "dandarabilla" adlandırırlar.Queensland Snakes. History & Discovery. (archived) Queensland Museum. Retrieved 15 November 2013.
Təsnifat
İnland taipan ilk dəfə 1879-cu ildə Frederik Makkoy tərəfindən elmi cəhətdən təsvir edilmişdir. İlanın iki nümunəsi Viktoriya ştatının şimal-qərbindəki Murrey və Darlinq çaylarının qovşağında tapılmış və "Diemenia microlepidota" adı ilə təqdim edilmişdir.Rediscovery. The Rediscovery of the Western Taipan. (archived) Queensland Museum. Retrieved 15 November 2013. 1882-ci ildə Uilyam Con Makli tərəfindən "Diemenia ferox" adı ilə yenidən təsvir edilmişdir. 1972-ci ilə qədər bu növ haqqında heç bir əlavə məlumat əldə edilməmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1879-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:Aspidlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya endemikləri