Dendroaspis angusticeps (Şərq yaşıl mambası) — Şərqi Afrikanın cənub sahil bölgələrinə məxsus mamba cinsi olan "Dendroaspisin" yüksək zəhərli bir ilan növü.
Taksonomiya Şərq yaşıl mambası ilk dəfə 1849-cu ildə Nataldan və şərqdə Maputo körfəzinə qədər olan ərazidən məlumat verən şotland cərrah və zooloq Endryu Smit tərəfindən "Naja angusticeps" kimi təsvir edilmişdir. Xüsusi ad "angusticeps", latın sözü "angustus", "dar" və mürəkkəb sözdə istifadə edildikdə "caput" ("baş")-ın qısaldılmış forması olan "ceps"-dən gəlir. Alman-İngilis zooloqu Albert Günter 1865-ci ildə şimali Mozambikdəki Zambezi çayından "Dendroaspis intermedius" təsvir etdi. Bu, sonradan "D. angusticeps" ilə sinonimləşdirildi.
Həmçinin bax Dendroaspis viridis
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1849-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Afrika sürünənləri