Milena Baldassarri (; ) — italiyalı bədii gimnast, komanda yarışında Dünya çempionu (2022), Dünya çempionatının lentlə hərəkətdə (2018) və komanda yarışında (2021) gümüş medal, topla hərəkətdə və komanda yarışında isə bürünc medal mükafatçısı (2018). Karyerası Erkən illəri Milena bədii gimnastika ilə Ravennada məşğul olmağa başlayıb. 2014-cü ildə Fabrianoya keçən Milena, keçmiş gimnast Culietta Kantaluppi və anası, bolqarəsilli bədii gimnast Kristina Qyurova ilə məşqlərə başlayıb. 2015-ci ildə Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak etmək üçün İtaliya milli gənclər qrupuna seçilib. O, çoxnövçülükdə 6-cı, çoxnövçülük komanda yarışında isə 9-cu yerin qalibi olub. 2016-cı il Avropa Gənclər çempionatında o, Aleksandra Aciurciukuleze ilə birlikdə çoxnövçülükdə komanda yarışında bürünc medal qazanıb. Sonrakı dövr 2017-ci ildə Milena "Çitta Pezaro" beynəlxalq turnirində debüt edərək, rusiyalı Yekaterina Seleznevanı qabaqlayaraq çoxnövçülükdə bürünc, lentdə gümüş və çoxnövçülükdə qızıl medal qazandı. 2017-ci ilin may ayında o, Sofiyada keçirilən Dünya çempionatında, ilk dəfə iştirak edərək, çoxnövçülükdə 10-cu yeri tutdu. 19-21 may tarixlərində Milena 2017-ci il Avropa çempionatında lentlə hərəkətdə 7-ci yeri tutdu. Avqustun 5-7-də Minskdə keçirilən Dünya Kubokunda isə, çoxnövçülükdə 8-ci, lentlə hərəkətdə 7-ci, topla hərəkətdə 4-cü oldu.

2017-ci ildə Pezaroda bədii gimnastika üzrə Dünya çempionatında o, çoxnövçülükdə 9-cu, lentlə hərəkətdə isə 6-cı yeri tutmuş və Alina Kabayeva mükafatına layiq görülmüşdür.

2018-ci ildə Milena 2018-ci il Sofiyada keçirilən Dünya Kubokunda yarışdı, çoxnövçülükdə 12-ci, halqa yarışında isə 5-ci yeri tutdu. 13-15 aprel tarixlərində Pezaroda keçirilən 2018-ci il Dünya Kuboku mərhələsində çoxnövçülükdə 9-cu yeri tutdu. 27-29 aprel 2018-ci ildə Bakıda keçirilən Dünya Kuboku mərhələsində çoxnövçülükdə 8-ci yeri tutmuş, daha sonra yarışın finalına vəsiqə qazanmışdır. 4-6 may 2018-ci ildə Qvadalaxarada keçirilən Dünya Kubokunda yarışaraq, çoxnövçülükdə 4-cü yeri tutdu. Milena Dünya Kubokunda topla hərəkətdə gümüş, gürzlə hərəkətdə bürünc medal qazandı, lent və halqa ilə yarışda 5-ci yeri tutdu. 16-17 mayda o, 2018-ci il Holon Qran-prisində yarışaraq çoxnövçülükdə 7-ci yeri tutdu, lentlə hərəkətdə ilk Qran-pri qızıl medalını, həmçinin topla hərəkətdə bürünc medalını qazandı.

2018-ci ildə Sofiyada keçirilən bədii gimnastika üzrə Dünya çempionatında Milena lentlə hərəkətdə gümüş medal qazanaraq, 16 yaşında Dünya çempionatında fərdi yarışda gümüş medal qazanan ilk italiyalı gimnast oldu.

2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında o, 6-cı yeri tutdu ki, bu da İtaliya gimnastikasında tarixi rekord idi.

Pezaroda çoxnövçülükdə gümüş medal qazandı. 2022-ci ildə Sofiyada keçirilən Dünya çempionatında, komandalar arasında yarışda dünya çempionu oldu.

İstinadlar

Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:İtaliyanın olimpiya gimnastları