Merops viridissimus (Afrika yaşıl arıquşu) — Qızlarquşular fəsiləsinə aid bir quş növü.
Taksonomiya
İlk əvvəl fərqli növlər kimi təsvir olunsa da, Afrika və Ərəb (M. cyanophrys) yaşıl arıquşları, 1990-cı ildə Çarlz Sibli və Burt Monro tərəfindən "Asiya yaşıl arıquşu" (M. orientalis) ilə birlikdə "yaşıl arıquşları" olaraq qruplaşdırıldı. Lakin, 2014-cü ildə Qırmızı kitab və BirdLife International onları yenidən ayrı növlər kimi ayırdı. 2020-ci ildə aparılan bir tədqiqat, üç növ arasında morfologiya və səs fərqlərini aşkar etdi, buna görə də 2021-ci ildə "Beynəlxalq Ornitoloqlar Birliyi" onları bir-birindən ayırdı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1837-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər