Penni Marşal (; ) — amerikalı aktrisa, film rejissoru və prodüser. O, ən çox "Laverne & Shirley" (1976–1983) adlı televiziya sitkomundakı Laverne De Faziyo rolu ilə tanınır. Bu rola görə üç dəfə "Ən Yaxşı Aktrisa – Musiqili və ya Komedik Televiziya Serialı" nominasiyasında Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.Born Carole Penny Marshall in 1943, as per My Mother Was Nuts, a Memoir, p. 10; . Copyright 2012Penny Marshall birth registration in the New York City birth index at Ancestry.com My Mother Was Nuts, a Memoir, p. 18.

Marşall rejissor kimi debütünü "Jumpin' Jack Flash" (1986) filmi ilə etmişdir. Ardınca çəkdiyi "Big" (1988) filmi ABŞ-da 100 milyon dollardan çox gəlir əldə edən ilk qadın rejissor filmi olmuşdur. Onun rejissoru olduğu digər filmlər arasında "Awakenings" (1990) var ki, bu film "Ən Yaxşı Film" nominasiyasında Oskar mükafatına namizəd olmuşdur. Digər məşhur işlərinə "A League of Their Own" (1992), "Renaissance Man" (1994), "The Preacher's Wife" (1996) və "Riding in Cars with Boys" (2001) daxildir.Abramowitz, pp. 290–91 London, Michael. "IS 'PEGGY SUE' NEAR THE ALTAR WITH COPPOLA?," Los Angeles Times (Nov 28, 1984), p. h1.

O, həmçinin "Cinderella Man" və "Bewitched" (hər ikisi 2005) filmlərinin prodüseri olmuş və "According to Jim" və "United States of Tara" kimi televiziya seriallarının bəzi bölümlərinə rejissorluq etmişdir.

İstinadlar

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Şəkərli diabetdən ölənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:İrlandəsilli amerikalılar