Kaliforniya kral ilanı (Lampropeltis californiae) - Amerika Birləşmiş Ştatlarının qərbində və şimali Meksikada endemik olan və müxtəlif yaşayış yerlərində tapılan, Suilanıkimilərə aid zəhərsiz bir ilan növü.

Təsvir

Vəhşi Kaliforniya kral ilanları adətən 2,5-3,5 fut (76-107 sm) uzunluğunda olur, baxmayaraq ki, daha böyük böyüyə bilərlər. Meksikanın Aşağı Kaliforniya ştatının Angel de la Quarda adasında Kaliforniya kral ilanlarının 78 düymə (2 m) qədər böyüdüyü sənədləşdirilmişdir. Vəhşi təbiətdə çeşidli rəng dəyişmələri mövcuddur. Onlar adətən qaradan ağa, qəhvəyidən krem rənginə qədər rəngdə növbələşən tünd və açıq zolaqlarla tapılırlar. Bəzi populyasiyalarda zolaqlar əvəzinə uzunlamasına zolaqlar ola bilər. Əksər Kaliforniya kral ilanları on-on beş il yaşayır, hətta saxlanaraq yaxşı baxıldıqda iyirmi ili də keçə bilər. Kaliforniya kral ilanlarının zolaqları onların sağ qalması üçün vacibdir, çünki naxışlar ilan bədənini yırtıcılardan gizlətmək üçün kamuflyaj edir. Onların ovçuları arasında qırğılar, qartallar, kayotlar, skunkslar, tülkülər, vaşaqlar və digər kral ilanları var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər