thumb|Heydər Əliyevin İnaqurasiyası. 1993-cü il Heydər Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı — Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin prezidentliyi dövründə etdiyi beynəlxalq rəsmi və işgüzar səfərlərinin siyahısı.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümumxalq səsvermə nəticəsində birinci dəfə, 1998-ci il oktyabrın 11-də səslərin 76,1 %-ni toplayaraq ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
1-ci Prezidentliyi dövrü (1993-1998) Heydər Əliyevin 1-ci Prezidentliyi dövründəki səfərləri:
119-21 dekabr 1993 ParisFransa Prezidenti Fransua Mitteran ilə rəsmi görüşdə Azərbaycan və Fransa arasında əməkdaşlıq imkanları müzakirəsi, ATƏT-in əsas müqavilələrindən biri olan “Paris Xartiyası”nın imzalanması. Dekabrın 20-də Yelisey sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə təntənəli parad keçirilmişdir. 28-11 fevral 1994 TürkiyəAnkaraTürkiyəinin baş naziri Süleyman Dəmirəlin dəvəti ilə rəsmi səfər. Türkiyə-Azərbaycan sənədlərinin imzalanması, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elm, texnologiya, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq haqqında sazişlər, dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq müqaviləsi, siyasi məsləhətləşmələr, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş, ümumilikdə 16-dək sənəd imzalanıb. . 322-25 fevral 1994 LondonBöyük Britaniyanın baş naziri Con Meycorun dəvəti ilə rəsmi səfər. Ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı.47-11 mart 1994 ÇinPekinÇin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Tszyan Tszeminin dəvəti ilə işgüzar səfər. Danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması.53-5 may 1994 BrusselBelçikaya işkuzar səfər, NATO-nun iclasında Heydər Əliyevin çıxışı və "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması.629 iyun – 2 iyul 1994 İranTehranİran prezidenti Haşimi Rəfsəncani ilə rəsmi görüş, Azərbaycan-İran arasında əməkdaşlığın inkişafı haqqında danışıqlar və rəsmi sənədlərin imzalanması. 79-12 iyul 1994 Səudiyyə ƏrəbistanıƏr-RiyadKral Fəhd ibn Əbdüləziz Səudun dəvətilə rəsmi səfər, sazişlərin imzalanması və birgə bəyanatın qəbul edilməsi. Prezident Heydər Əliyev Məkkə və Mədinə şəhərlərində İslamın müqəddəs yerlərinin ziyarət edib. 826 sentyabr 1994 ABŞNyu-YorkABŞ prezidenti Bill Klintonla rəsmi görüş. BMT Baş Assambleyasının iclasında iştirak.918-19 oktyabr 1994 TürkiyəİstanbulTürk Dövlətləri Təşkilatının 2-ci zirvə görüşündə iştirak.1013 dekabr 1994 MərakeşRabatİslam Əməkdaşlıq Təşkilatı sammitində iştirak, Mərakeş Krallığı və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına aid sənədlərin imzalanması.118 may 1995 ParisParisdə faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak.129 may 1995 MoskvaMoskvada faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş hərbi paradda iştirak.1329-30 iyun 1995 BolqarıstanSofiyaBolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevlə rəsmi görüş, Azərbaycan Prezidenti Heydər Əliyevin Bolqarıstan Xalq Məclisində çıxışı, ölkələr arasında dostluq və əməkdaşlıq haqqında sazişlərin imzalanması.1430 iyun - 2 iyul 1995 BuxarestRumıniya Prezidenti İon İliyeskunun dəvəti ilə Rumıniyaya rəsmi səfər. Birgə mətbuat konfransında bəyanat və rəsmi sənədlərin imzalanması. 15avqust 1995 QırğızıstanBişkekTürk Dövlətləri Təşkilatının III Zirvə görüşündə iştirak, Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüş, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi. Səfər zamanı Heydər Əliyev Bişkekdə “Manas” eposunun 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.16dekabr 1995 Paris "Azərbaycanın investisiya imkanları" mövzusunda Parisdə keçirilən beynəlxalq konfransda iştirak etmişdir.1710-11 yanvar 1996 ParisFransa Prezidenti Fransua Mitteranın dəfn mərasimində iştirak.188-10 mart 1996 GürcüstanTiflisGürcüstan Prezidenti Eduard Şevardnadzenin dəvəti ilə rəsmi səfər, Gürcüstan və Azərbaycan arasında Qafqazda dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında sazişin imzalanması. 199-11 aprel 1996 PakistanİslamabadPakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvətilə rəsmi səfər. Azərbaycan Prezidenti Heydər Əliyev Pakistanın Baş naziri Benəzir Buhutto ilə görüş. Görüşdən sonra Azərbaycan – Pakistan sənədlərinin imzalanması mərasimi olub.201-4 iyul 1996 AlmaniyaBerlinSəfər çərçivəsində Heydər Əliyev Almaniya Prezidenti Roman Hersoq, kansler Helmut Kol, xarici işlər naziri Klaus Kinkel, Bundestaqın sədr müavini A. Folmer, siyasi partiyaların nümayəndələri, Bundestaqın Qafqaz parlament qrupu ilə görüş.2113-15 yanvar 1997 ParisFransa Prezidenti Jak Şirakla görüş. Fransa-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun rolu, iki ölkə arasında neft sahəsində əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar. Səfər zamanı Heydər Əliyev Fransa Ticarət-Sənaye palatasında keçirilən görüşdə çıxış etmişdir.2224-25 mart 1997KiyevUkrayna Prezidenti Leonid Kuçma ilə görüş, iki ölkənin qarşılıqlı münasibətləri, əməkdaşlıq imkanları, ölkələrin Avropa və MDB-də üzləşdikləri problemləri barədə ətraflı söhbətlər, rəsmi sənədlərin imzalanması. 235-8 may 1997 TürkiyəAnkaraTürkiyə Prezidenti Süleyman Dəmirəl və Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Türkiyə Respublikasının “Dövlət nişanı”nın təqdim olunma və Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin yeni binasının təməlqoyma mərasimlərində iştirak. 2410-11 iyun 1997 QazaxıstanAstanaQazaxıstan Prezidenti Nursultan Nazarbayevlə təkbətək görüş, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında bir sıra xüsusi əhəmiyyət kəsb edən dövlətlərarası və hökumətlərarası sənədlərin imzalanması.2518-19 iyul 1997DaşkəndÖzbəkistan Respublikasının Prezidenti İslam Kərimovun dəvəti ilə Daşkəndə rəsmi səfər, Azərbaycan və Özbəkistan dövlətlərarası və hökumətlərarası sənədlərin imzalanması262-4 iyul 1997MoskvaRusiyanın Prezidenti Boris Yeltsinin dəvətilə rəsmi səfər. Ölkələr arasında siyasi, iqtisadi münasibətlər, Xəzərin statusu, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərin müzakirəsi, rəsmi sənədlərin imzalanması.2727 iyul-7 avqust 1997 ABŞVaşınqton Nyu-York
Hyuston
ÇikaqoABŞ Prezidenti Bill Klintonun dəvəti ilə rəsmi səfər. ABŞ-Azərbaycan münasibətləri, regional vəziyyət, qarşılıqlı maraq doğuran beynəlxalq münasibətlər və s. müzakirələr. Azərbaycan və ABŞ prezidentlərinin təkbətək görüşü. Ağ evdə ABŞ-Azərbaycan münasibətləri haqqında birgə bəyanatın və sərmayə qoyuluşunun qarşılıqlı qorunması və qarşılıqlı təşviq edilməsi haqqında müqavilənin imzalanması.2826-28 avqust 1997 VarşavaPolşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə rəsmi səfər, Azərbaycan - Polşa arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, protokol və sazişlərin imzalanması. 2925-28 sentyabr 1997 İtaliyaRomaİtaliya Prezidenti Oskar Luici Skalfaro ilə görüş. Ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 sazişin imzalanması.3023-28 fevral 1998 YaponiyaTokioYaponiyanın baş naziri Ryutaro Haşomotonun dəvətilə rəsmi səfər. İmperator sarayında Yaponoya imperatoru Akihito ilə görüş. Yaponiya-Azərbaycan sənədlərinin imzalanması.3119-24 iyul 1998 LondonAzərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri. Böyük Britaniya kraliçası II Elizabet, baş nazir Toni Bleyr və digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirilib, rəsmi sənədlər imzalanıb. Welcome to Heydar Aliyevs Heritage Research Center
2-ci Prezidentliyi dövrü (1998–2003) Heydər Əliyevin 2-ci Prezidentliyi dövründəki səfərləri:
1.21-28 oktyabr 1998 TürkiyəAnkaraAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradilmasının 75-ci ildönümü münasibətilə yubiley mərasimlərində iştirakı və çıxışı. 2.23–26 aprel 1999 ABŞVaşınqtonNATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə Heydər Əliyevin iştirakı və çıxışı.3.31 oktyabr – 2 noyabr 1999 TürkiyəAnkaraAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk sülh mükafatının təqdim olunma mərasimi, Türkiyənin Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüş, Türkiyənin Kocaeli bölgəsində zəlzələdən ziyan çəkmiş əhali ilə görüş. 4.18-19 noyabr 1999 TürkiyəİstanbulATƏT-in zirvə görüşündə iştirak, Avropa Təhlükəsizliyi xartiyası, İstanbul Zirvə görüşünün bəyannaməsi və s. müqavilələrin imzalanması. 5. 22-23 mart 2000 GürcüstanTiflisGürcüstan Prezidenti Eduard Şevardnadze ilə ğörüş, Azərbaycan–Gürcüstan sənədlərinin imzalanması mərasimindən sonra birgə bəyanat verilib və mətbuat konfransı keçirilib. 6.12–21 fevral 2000 ABŞVaşınqtonAmerika Birləşmiş Ştatlarına işgüzar səfər, ABŞ Prezidenti Bill Klintonla görüş. 7.3-6 iyul 2000 VyanaAvstriyanın Federal Prezidenti Tomas Klestillə görüş. Danışıqlar zamanı Azərbaycan-Avstriya əlaqələrinin inkişafı yolları müzakirə olunub. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan və Avstriya hökumətləri arasında bir sıra sənədlər imzalanıb. 8.23-28 yanvar 2001 ParisFransa Prezidenti Jak Şirakla görüş, rəsmi sənədlərin imzalanması. 9.12-16 mart 2001 TürkiyəAnkaraTürkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin dəvəti ilə rəsmi səfər. Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatı, Azərbaycan qazının Türkiyəyə nəqli barəsində sazişin imzalanması. 10.3-11 aprel 2001 ABŞKi-Vest VaşinqtonABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin iştirakı ilə Ermənistan Prezidenti Robert Köçəryanla görüş. Ümummilli lider bütün görüşlərdə Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə müdafiə edib. 11.30 noyabr 2001MoskvaMDB ölkələrinin dövlət başçılarının zirvə görüşündə iştirak.12.24-26 yanvar 2002MoskvaRusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş, rəsmi sənədlərin imzalanması.13.29-30 aprel 2002 TürkiyəTrabzonTrabzonda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan Dövlət Başçılarının Zirvə görüşündə iştirak.1418-20 may 2002 İranTehranİran Prezidenti Seyid Məhəmməd Xatəmi və İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyi ilə ğörüş, rəsmi sənədlərin imzalanması. 15.23–27 fevral 2003 ABŞVaşinqtonABŞ prezidenti Corc Buşun dəvətilə rəsmi səfər. Səfər çərçivəsində Heydər Əliyev ABŞ prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni və Dövlət Departamentinin rəhbərliyi ilə görüşüb. Dövlətlər arası rəsmi sənədlər imzalanıb. Welcome to Heydar Aliyevs Heritage Research Center
Həmçinin bax Heydər Əliyev
İstinadlar
Xarici keçidlər Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli. Heydər Əliyevin xarici siyasət kursu: dünya sisteminin yenidən qurulması kontekstində Azərbaycan Respublikasının xarici siyasəti (1991–2003) 1-ci hissə ONLAYN OXU book Azərbaycan Respublikasının xarici siyasəti (1991–2003) 2 hissə PDF
Kateqoriya:Heydər Əliyev Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanda siyasət Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Hadisə siyahıları