Nəsirvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Tarixi Nəsirvaz Naxçıvanın qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Kənddə 5-ci əsrə aid alban kilsəsi mövcuddur. Kəndin yaxınlığında qayaüstü təsvirlər aşkar edilmişdir (bax Gəmiqaya rəsimləri). “Nəbi yurdu” adlanan ərazidə isə qayaüstü təsvirlərlə yanaşı, Tunc və Dəmir dövrlərinə aid maddi mədəniyyət qalıqları və orta əsrlərə aid maraqlı qəbir abidələri də var.
Mədəniyyəti Kəndin ibtidai məktəbi, tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, dağ ətəyindədir.
Əhalisi Əhalisi 166 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İqtisadiyyatı Nəsirvaz kəndi Bist bələdiyyəsinin tərkibindədir.
Kənd əhalisi əsasən arıçılıq və heyvandarlıqla məşğuldur.
Şəkilləri Kəndin ərazisindən axan Nəsirvaz çayı:
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri