Lida Qustava Heymann (; ) — alman feminist, pasifist və qadın hüquqları müdafiəçisi.

Anita Auqspurqla birlikdə burjua qadın hərəkatının ən görkəmli simalarından biri olub. Həmçinin, Alman Qadın Qrupları Assosiasiyasının (Verband Fortschrittlicher Frauenvereine) qurucularından biri idi. Həyatı O, Almaniyada abolitionist hərəkatının həmtəsisçisi olub.Аболиционизм в данном контексте относится к дерегулированию проституции. В то время немецкое государство разрешало и регулировало проституцию. Heymann "qadınları kişi hökmranlığından azad etməy"ə çalışırdı. O, yemək, uşaq bağçaları və məsləhət xidmətləri təklif edən qadın mərkəzini, həmçinin oğlanlar və qızlar üçün birgə təhsil liseyi, qadın katib və teatr işçiləri üçün peşəkar qurumlar da təsis etdi.

1902-ci ildə Lida Qustava Heymann Anita Auqspurq, Minna Kauer və Mari Stritt ilə birgə həm seçki hüququ səbəbi, həm də dövlət tərəfindən tənzimlənən fahişəliyə qarşı kampaniyalar aparan Qadınların Seçki Hüququ üzrə Alman İttifaqını (Deutscher Verband fur Frauenstimmrecht) qurdular. Onlar birlikdə 1919-1933-cü illərdə müxtəlif mövzularda pasifist, feminist və demokratik mövqeləri ortaya qoyan Frau im Staat ("Dövlətdə qadınlar") qəzetini nəşr etdilər. Heymann heç vaxt heç bir partiyaya mənsub olmasa da, partiya siyasəti ilə məşğul olmasa da, sosial-demokratik və sosialist ideyalarına rəğbət bəsləyirdi. 1888-ci ildən başlayaraq Avqust Bebelin "Qadın və sosializm" əsərini qoruyub, saxlayıb.Lida Gustava Heymann in Zusammenarbeit mit Anita Augspurg, herausgegeben von Margrit Twellmann: Erlebtes, Erschautes. Deutsche Frauen kämpfen für Freiheit, Recht und Frieden, Ulrike Helmer Verlag, Maisenheim am Glan 1972, 2. Auflage, Frankfurt/M. 1992, ISBN 3-927164-43-7, S. 46.

1915-ci ildə Heymann Haaqadakı Beynəlxalq Qadınlar Konqresinin həmtəsisçisi olub.

1923-cü ildə Heymann və Auqspurq Adolf Hitlerin Almaniyadan qovulmasını tələb etdilər. 1933-cü ildə Hitler hakimiyyəti ələ keçirəndə hər ikisi ölkədən kənarda idilər və bir daha Avstriyaya qayıtmadılar, İsveçrədə məskunlaşdılar.Margrit Twellmann: Vorwort. In: Margrit Twellmann (Hrsg.): Lida Gustava Heymann in Zusammenarbeit mit Anita Augspurg: Erlebtes-Erschautes. Deutsche Frauen kämpfen für Freiheit, Recht und Frieden 1850—1940. Helmer, Frankfurt am Main 1992, ISBN 3-927164-43-7, S. 5-6, hier 5. 1943-cü ildə xərçəng xəstəliyindən vəfat edən HeymannChristiane Henke: Anita Augspurg. Rowohlt, Reinbek bei Hamburg 2000, ISBN 3-499-50423-5, S. 133—135. Flentern qəbiristanlığında dəfn edilib.

Heymann və Auqspurqun memuarlarının nəşri thumb|Anita Auqspurq və Lida Qustav Heymannın xatirələrindən ibarət əlyazmaları: 1941-ci ilin əvvəlinə aid "Erlebtes - Erschautes!" Heymann və Auqspurqun xatirələrinə üç əlyazma daxildir: Heymanın qardaşı oğlunda olan müxtəlif tarixli iki nüsxə və Alman qadın hərəkatının arxivində saxlanılan nüsxəni isə Hamburqda "Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Birliyi"nin (WILPF) keçmiş sədri olan dostları Anna Ripper Heymanna və Auqspurqa vermişdi. Memuarları ilk dəfə 1972-ci ildə əlyazmaların yerini aşkar edən politoloq Marqrit Tvelman tərəfindən nəşr edilib.Sabine Hoffkamp: UNERHÖRT(e) Folgen — Anstoß Frauengeschichte. Ein Echo auf die Arbeit von Dr. Margrit Twellmann. In: Ariadne. Nr. 65, 2014, S. 16-21, hier 19-20.

Xatirəsi Brüldə (Reynland) Heymanın adına küçələr var.report.aspx. Archiviert 1993-cü ilin dekabrında Sürixdəki Flentern qəbiristanlığında Heymann və Auqspurqun şərəfinə xatirə lövhəsi qoyulub. Bremenin Noyştadt rayonundakı küçəyə Heymanın adı verilib.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Lida Qustava Heymann haqqında ədəbiyyat Lida Qustava Heymann haqqında əsərlər Lida Qustava Heymann Lida Qustava Heymann Портрет Лиды Густава Хейманн на портале frauenmediaturm.de с хронологией, библиографией и библиотекой. Лида Густава Хейманн в цифровом немецком женском архиве с биографией, цитатами и сетью связей.

Kateqoriya:Pasifistlər