Eqnatiya FK () — Albaniyanın Rroqojine şəhərini təmis edən peşəkar futbol klubu. Adətən "KF Egnatia" adlandırılan klub, Albaniya Superliqasında mübarizə aparır. Klub ev oyunlarını 4000 tamaşaçı tutumuna malik Eqnatia Arena stadionunda keçirir.

Klub 15 sentyabr 1934-cü ildə "22 Shtatori Rrogozhinë" adı ilə yaradılıb. Klubun adı, 1991-ci ildə "Vullneti Rroqozhinë", olaraq dəyişdirilib. 1998-ci ildə isə, indiki adı olan, "KF Egnatia" adını alıb.

Klub ilk çempionluq titulunu 2024-cü ildə əldə edib.

Tarix Albaniyada futbol XX əsrin əvvəllərində məşhurlaşmağa başlamışdır. Albaniya səviyyəsində futbolda uzun ənənələrə malik olan Kavaye şəhərində futbolun populyarlığının təsiri altında, Kavaye şəhəri ilə qonşu olan Rroqovina şəhərində də həvəskar səviyyəli komanda formalaşdırılır. Bu klub 15 sentyabr 1934-cü ildə yaradılan, "22 Ştatori Rroqovina" () klubu olur. Klubun adının mənası Alban dilindən tərcümədə "22 Sentyabr Rroqovina" mənasını verir.

Klub tarixində ilk matç 1934-cü ildə Kavaje şəhərini təmsil edən "Besa" klubu ilə baş tutan və klubun 1–7 hesablı məğlub olduğu yoldaşlıq oyunu olur. İtaliyanın Bari şəhərində aqronomluq fakültəsinin tələbəsi olan və tətil üçün evə qayıdan Mustafa Cara (o vaxt İtaliyanın B Seriyasında çıxış edən "Fidelis Andria"nın futbolçusu idi) "Besa"nın heyətində 5 qol vurur.

İkinci Dünya müharibəsindən sonra Albaniyada liqa strukturu dəyişir və yeni struktura görə, ölkənin ilk iki yüksək divizionunda ancaq böyük yaşayış məntəqələri komandalarının yarışmasına icazə verilirdi. Bu, ovaxtkı kiçik bölgə olan Rroqovinanı təmsil edən milli səviyyədə yarışmasını çətinləşdirdi.

Eqnatiya 2004-cü ilin yayında Albaniyanın əsas liqasına vəsiqə qazanır.Albania 2003/04 — RSSSF Ölkənin əsas liqasında ilk dəfə çıxış edən komanda, elə ilk mövsümdə də aşağı liqaya düşür.Albania 2004/05 — RSSSF

"Eqnatiya" 2021-ci il mayın 2-də, "Kateqoriya e Pare" liqasının 2020/2021 mövsümü üçün olan yüksəliş raundunda, "Besa Kavaye" klubu üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində ikinci dəfə Albaniya futbolunun ən yüksək liqası olan Albaniya Superliqasına yüksəlir.

Heyəti

Uğurları Albaniya Superliqası Çempion(1): 2023–24 Birinci Kateqoriya Çempion (2): 2002–03, 2020–21 İkinci Kateqoriya Çempion (1): 2016–17 Albaniya Kuboku Qalib (2): 2022–23, 2023–24 Albaniya Superkubokunun qalibi (1) 2024

İstinadlar

Kateqoriya:Albaniya futbol klubları Kateqoriya:Eqnatiya FK