Elnur Elman oğlu Əliyev (27 avqust 1981, Gədəbəy rayonu) — Azərbaycan rejissoru, ssenarist və prodüser.

Həyatı Elnur Əliyev 27 avqust 1981-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alaraq televiziya rejissoru ixtisasına yiyələnmiş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2006-cı illərdə həmin universitetin televiziya rejissoru ixtisası üzrə magistr pilləsinə daxil olmuş və fərqləmə diplomi ilə başa vurmudur. 2006-2009-cu illərdə aspirantura pilləsində təhsil almış, "Azərbaycan teleməkanında kliplərin mövzu, struktur və janr problemləri" mövzusunda dissertasiya işinin və beş elmi məqalənin müəllifidir. 2003-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, 2021-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2004-2005-ci illərdə "Film" Prodüser Mərkəzində rejissor, 2005-2006-cı illərdə "Mozalan" satirik kinojurnalıda rejissor və ssenarist kimi çalışmışdır. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk montaj üzrə aparıcı mütəxəssis, 2007-2008-ci illərdə ANS Şirkətlər Qrupuna daxil olan "Bakı Film" kinostudiyasında prodüser kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Əlavə təsir" bədii filmində icraçı prodüser müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən etibarən ATV, Space TV, AzTV, Lider TV, Xəzər TV kimi kanallarda məşhur layihələrin ssenari müəllifi və rejissoru olmuşdur. Paralel olaraq bu illər ərzində bir sıra reklam çarxlarında, çoxsaylı musiqili reklam kliplərində çalışmışdır.

Rejissorun 2013-cü ildə çəkdiyi “Alınmaz qalanın qəhrəmanları” qısametrajlı sənədli-bədii filmi Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın – Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir. 2018-ci ildə quruluş verdiyi "Son nəfəsədək" filmi real hadisələr əsasında çəkilib.

2003-cü ildə “Gənclik və sülh” adlı BMT–nin Beynəlxalq Sülh Gününə həsr olunmuş reklam filminə görə Fəxri Fərmana layiq görülüb. 2004-cü ildə Xalq artisti Cənnət Səlimovaya həsr olunmuş sənədli filmi “START” Tələbə Film Festivalında “ən yaxşı sənədli film” nominasiyasında ll yerə layiq görülüb.

Mükafatları 2004 — "START" Tələbə Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasında 2-ci yer ("Cənnət Səlimova" filminə görə) 2005 — "START" Tələbə Film Festivalında "Ən yaxşı bədii film" nominasiyasında 2-ci yer ("Kənddə məktəb" filminə görə) 2008 — Daxili İşlər Nazirliyinin xüsusi mükafatı ("Satılmış həyat" filminə görə) 2013 — "Ən yaxşı gənc prodüser" nominasiyasında “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin "İlin gənc kinematoqrafı" Milli Mükafatı ("Alınmaz qalanın qəhrəmanları" filminə görə)

Filmoqrafiya Gənclik və sülh (2003) — rejissor Cənnət Səlimova (2004) — rejissor Kənddə məktəb (2005) — rejissor Dümanın yolu ilə (2006) — rejissor Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (2007) — rejissor Satılmış həyat (2008) — rejissorAydın Kazımzadə. Azərbaycan kino salnaməsi. 2 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2020 - səh. 459 Günahkarlar, yoxsa günahsızlar (2009) — rejissor Əlavə təsir (2010) — icraçı prodüser müavini Dördbucaq içində (2010) — rejissor Güllələr altında (2010) — rejissor Erkən nikah (2012) — rejissor Alınmaz qalanın qəhrəmanları (2013) — rejissorMilli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. AzərTAc, 25.09.2013. Rabitəçi (2013) — rejissor, ssenari müəllifi Milli Qəhrəman Çingiz Babayev stansiyası (2014) — rejissor, ssenari müəllifi Ailəmiz (serial, 2015) — rejissor Bozbash Pictures (2017) — rejissor Niyə? (2018) — rejissor Son nəfəsədək (2018) — quruluşçu rejissor Dosye (2020) — rejissor, ssenari müəllifi Arif Heydərov (2021) — rejissor, ssenari müəllifi Qətl planı (2021) — rejissor, ssenari müəllifi Epizod (2022) — rejissor, ssenari müəllifi Qorbaçovun qızı (2023) — rejissor Onlayn (2023) — rejissor, ssenari müəllifi

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Gədəbəy rayonunda doğulanlar