thumb|Romuvanın rəmzlərindən biri Romuva və ya Qədim Baltik Dini İcması () — Litvalıların neopaqan icması. Onun əsası XX ərdə qoyulmuşdur. 2024-cü ildə Romuva Litva dövləti tərəfindən "ənənəvi dini icma" statusu almışdır.
Etimologiya
Romuva sözü (həmçinin Romovė və Ruomuva şəkildə yazılır) əsrlərə aid yazılı mənbələrdə qeyd olunmuş, Şərqi Prussiya ərazisində yerləşən Romove (Romovė, Romow) adlı Baltik məbədinin adından gəlir.Dundzila & Strmiska (2005), p. 246. Bu sözün mənası "məbəd" və "daxili sülhün məskəni" idi.Ignatow (2007), p. 102. Baltik dillərində ram-/rām- kökü p. 267. "sakit" mənasını daşıyır. O, Proto-Hind-Avropa dilinin rekonstruksiya edilmiş *h₁rem- kökündən gəlir (beləliklə o, Azərbaycan dilindəki aram sözü ilə eyniköklüdür).
Tarixi Litvada tarixi paqanizm və onun xristianlaşması
Tarixi Baltik dini (; - Baltik din və ya - köhnə Baltik inanc) adətləri müxtəlif daxili və xarici təsirlər altında inkişaf edirdi. Bölgəyə gələn ən erkən xristian missionerlər haqqında məlumat IX əsrə aid mənbələrdə qeyd olunur. XI əsrdən başlayaraq, Baltlar xristianlarla daha sıx təmasda olmağa başlamışdılar. Kvedlinburq salnamələridə () Bruno fon Kerfrutun Litva və Prussiyada həyata keçirdiyi missiya təsvir olunur. Həmin missiya zamanı o, yerli paqanlara Xristianlığı qəbul etdirirdi. 1009-cu ildə fon Kerfrut 18 yoldaşı ilə birgə Yatvyaqlar tərəfindən öldürülmüşdür. 1199-cu ildən Roma Katolkik Kilsəsi Baltik dənizi sahillərində yaşayan paqanlara qarşı xaç yürüşlərinə çağırmağa başlayıb.Dundzila, Vilius Rudra (2007). „Baltic Lithuanian Religion and Romuva“. Tyr 3. Ultra Press. ISBN 978-0-9720292-3-0..-p.287
1251-ci ildə Böyük Litva Kyazı Mindauqas Xristianlığı qəbul etmişdi. Lakin, İpati salnaməsinə görə, o, buna baxmayaraq, hələ də paqan tanrılara ibadət etməyə davam edirdi. O, Ali tanrıya, Perkunas, Teləvelis və Jvoruna üçün qurbanlıq verirdi. 1261-ci ildə, Mindauqas rəsmən Xristianlıqdan imtina etmişdi. O dövrdə, Tevton ordeninin hücumlarına baxmıyaraq, Böyük Litva Knyazlığı "paqan imperiya" kimi böyümüşdü.Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084.- P.242Mindaugo atsimetimas nuo krikščionijos VU: LDK istorija Lietuvos krikštas: krikščioniškos Europos atbaiga VU: LDK istorija
Tarixi Baltik dini 1387-ci ilinə qədər Böyük Litva Kyazlığının rəsmi dini idi. 1386-cı ildə Yaqaylo Xristianlığı qəbul edib və Polşanın Kralı olub. 1387-ci ildə, o Vilnüsdə Litvalıları vəftiz etdirmişdi. Məhz bu il, Litvalılar üçün rəsmən vəftiz tarixi sayılır, çünki bundan əvvəlki Mindauqas vəftizindən sonra, Litva paqan ölkə olmağa davam edirdi.
Beləliklə, XIV əsrdə Litva Xristianlığı qəbul edən və paqanizmdən imtina edən son Avropa dövləti olmuşdu. Xristianlığın qəbulundan sonra, Baltik dininin vacibliyi tədricən azalıb. Köhnə dindən ayrılış nəciblərdə () daha erkən baş vermişdi.Eds. Ališauskienė, M. Schröder, I.W. 2011. Religious Diversity in Post-Soviet: Society Ethnographies of Catholic Hegemony and the New Pluralism in Lithuania. Chapter 6. Romuva Looks East: Indian Inspiration in Lithuanian Paganism Strmiska, Michael F. page 128. Surrey: Ashgate. ISBN 978-1-4094-0912-0. Kədlilər arasında isə, özəlliklə Jemaytiyada paqan əməllər davam edirdi və XVII əsrin ikinci yarısına qədər qeydə alınırdı.Lietuvių religija ir mitologija: sisteminė studija. Vilnius: Tyto alba, 2019.
Romantizm və dirçəliş
XIX əsrdə romantizmin təsiri altında olan Litva ziyalıları paqanizmi və folkloru ideallaşdırmağa başlamışdılar.Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084., p. 244. Xalq arasında paqan adətləri saxlanılıb. Məsələn, bayramlar zamanı paqan və xrisian adətləri qarışıq şəkildə tədbiq olunur.Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084., p. 258–270.Dundzila, Vilius Rudra (2007). „Baltic Lithuanian Religion and Romuva“. Tyr 3. Ultra Press. ISBN 978-0-9720292-3-0., p. 321. Fəlsəfəçi Vidunasın (Vilhelmas Storosta) yazılarında köhnə Baltik dini məsələsi vurğulanırdı. Romuvada o, bu dinin banilərindən biri sayılır.Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084. P.361
Sovet işğalı
1967-ci ildə Yonas Trinkunas "Ramuva" adlı etno-mədəni tarixi cəmiyyəti təsis etmişdi.Nerija Putinaitė. „Nugenėta pušis. Ateizmas kaip asmeninis apsisprendimas tarybų Lietuvoje“ Židinys, 2015 (knygos ištrauka delfi.lt ) 1973-cü DTK onun fəaliyyətini Litva millətçiliyin və antisovet propaqandası kimi qiymətləndirmişdi. Trinkunas Universitetini tərk etməli məcbur olub və ona araşdırıcı fəaliyyəti ilə məşğul olmaq qadağan edildi.Интервью с Инией Тринкуниен, Верховной Жрицей Ромува (Перевод)
Müstəqilliyin bərpa olunmasından sonra
Litva müstəqilliyini bərpa etdikdən sonra, Romuva artıq daha çox mədəni yox, dini qurum kimi fəaliyyət göstərməyə başlamışdı. 1992-ci ildə Romuva Litva dövləti tərəfindən dini icma olaraq tanınmışdı. 2002-ci ildə Vilnüs, Kaunas və Moletai Romuva icmaları Qədim Baltik Dini İcması ilə birləşmişdi. 2003-cü ildə isə, baxışlarındaki fərqliliklər səbəbilə Druwi adlı icma Romuvadan ayrılmışdı.Sud. M. Ališauskienė „Religijų įvairovė Lietuvoje: portretai, kasdienybė ir šventės“ Pranskevičiūtė R., Aleknaitė E. Šiuolaikinė pagonybė Lietuvoje. VDU, Versus aureus, 2014 m.
2018-ci ilin mayın 24-də Litva Seimasında Romuvanı ənənəvi din kimi tanıması haqqında təklif təqdim olunub. 2019-cu ilin iyunuda, bu təklif qəbul olunmamışdı. Qanuna görə, təkrar təklif ancaq on il sonra təqdim oluna bilərdi. Təklifə əsasən Ata Yurdu İttifaqı - Xristian Demokratlar partiyası və xüsusilə Jiqimantas Pavilönis etiraz etmişdi. Romuva bu qərara qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi. 2021-ci ilin iyunuda, məhkəmənin yekdil qərarına görə, Seimasın hərəkəti tərəfsizlik prinsipini pozmuşdu və Romuvaya üç ay sonra yenidən tanınmaq üçün müraciət etməyə icazə verilmişdi. 2024-cü ilin dekabrın 12-də, Seimas Romuvanı ənənəvi din icması kimi tanımışdır.
Mənbələr
İstinadlar
Xarici keçidlər
Romuva.lt
Kateqoriya:Litvada neopaqanizm Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar Kateqoriya:Litva mifologiyası