Məhəmməd Əbu Zəhra () və ya Məhəmməd ibn Əhməd ibn Mustafa Əbu Zəhra () — Qahirə Universitetinin Hüquq fakültəsinin İslam hüququ üzrə professoru. O, "İslamda fiqhi məzhəblərin tarixi" adlı əsərin müəllifidir.
Bioqrafiyası 1898-ci ildə Nil deltasındakı Məhəllətül-Kübrada anadan olub.
Quranı əzbərləyib və mədrəsə təhsili alıb. 1927-ci ildə Qahirə Universitetinin Darül-ülum fakültəsini bitirib, təhsil və elm sahəsinin müxtəlif pillələrində çalışıb.
1969-cu ildə ailə planlaması qanuna qarşı çıxdığı üçün təzyiqlərə məruz qalıb və 1974-cü ildə vəfat edib.
Əsərləri Müəllifin əsərlərindən bəziləri bunlardır:
Təfsirlə bağlı əsərləri:
Zəhratüt-təfasir. Əl-Mucizətül-kübra (əl-Quran).
Fiqh və fiqh üsulu ilə bağlı əsərləri:
Üsulül-fiqh. Muxadərat fi üsulil-fiqhil-Cəfəri. Əş-Şəriətül-İslamiyyə. Əl-Cərimə vəl-uqubə fil-fiqhil-İslami. Əl-Əlaqətüd-dəvliyyə fi zillil-İslam. Nəzəriyyətül-hərb fil-İslam.
Siyərlə (biografiya) bağlı əsərləri:
Xatəmün-nəbiyyin. Əbu Hənifə: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam Zeyd: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam əs-Sadiq: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam Malik: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam əş-Şafii: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam Əhməd ibn Hənbəl: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam İbn Həzm əl-Əndəlüsi: Həyatuhu və əsruh əra uhu və fiqhuh. Əl-İmam İbn Teymiyyə: Həyatuhu və əsruh əra uhu və fiqhuh.
İstinadlar Kateqoriya:Matüridilər Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünni imamları Kateqoriya:Qahirə Universitetinin müəllimləri Kateqoriya:Misir yazıçıları Kateqoriya:İslam tərcümeyi-halı