Komi Can't Communicate, Yaponiyada tanınan adı ilə – Tomohito Oda tərəfindən yazılan və çəkilən manqa seriyası. 2016-cı ilin mayından 2025-ci ilin yanvarına qədər "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında nəşr olunmuşdur. Manqa seriyasının 37 tankobon cildi buraxılmışdır. Manqa seriyası həddən çox sosial narahatlığı olan, insanlarla kommunikasiya qurmaqda çətinlik çəkən Şoko Komi adlı lisey şagirdindən bəhs edir. Sinif yoldaşı Tadano Hitohitonun dəstəyi ilə 100 dost qazanmağa və kommunikasiya bacarıqlarını inkişaf etdirməyə çalışır.
Seriya əsasında çəkilən dorama 2021-ci ilin sentyabrdan noyabrına qədər buraxılmışdır. "OLM" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2021-ci ildə, ikinci mövsümü 2022-ci ildə yayımlanmışdır. Manqa seriyası 2022-ci ildə şonen kateqoriyası üzrə Shogakukan Manqa Mükafatının qalibi olmuşdur.
Məzmun
İtan Özəl Liseyi elit şagirdlər üçün nəzərdə tutulmuş bir liseydir. Şoko Komi liseyin ilk günündəcə öz gözəlliyi və zərifliyi ilə digər şagirdləri özünə heyran qoyur. Sinif yoldaşları Komini "liseyin Madonnası" və ya "ilahəsi" adlandırırlar. Lakin şagirdlərin bilmədiyi bir şey var: Komi kommunikasiya pozuntusundan əziyyət çəkir. O, insanlarla danışa bilmir, sosial narahatlığı var. Kominin bu problemini onun yanında əyləşən digər şagird Hitohito Tadano kəşf edir. Tadano Komidən bir arzusunun olub-olmadığını soruşur. Komi ən böyük arzusunun insanlarla danışmaq və 100 dost qazanmaq olduğunu bildirir. Tadano Komiyə hədəfinə çatması üçün kömək etməyə qərar verir.
İstehsal Tomohito Oda bir müsahibəsində qeyd etmişdir ki, məktəbdə oxuyanda insanlarla ünsiyyət qurmaq haqqında çox düşünürdü. O, "Dezi-con" manqasının serializasiyasını yekunlaşdırdıqdan sonra yeni manqasının mövzusunu fikirləşməyə başlamış və redaktoru Katmusa Oquraya kommunikasiya problemi mövzusunda manqa yaratmaq istədiyini bildirmişdir. Oda əvvəlcə kommunikasiya problemi olan bir oğlandan bəhs edən manqa yaratmağı planlaşdırmışdı, lakin Oqura baş qəhrəmanın oğlan olmasına müsbət yanaşmamış, qız personajın daha maraqlı olacağını bildirmişdir. Bundan sonra Oda baş qəhrəmanı qız etməyə qərar vermiş və Komi personajını yaratmışdır. O, bir müsahibəsində qeyd etmişdir ki, həyat yoldaşı kommunikasiyada yaxşı deyil və bəzən ondan istinad kimi istifadə etmişdir.
Yapon dilində "kommunikasiya problemi" mənasına gələn "komyuşo" termini həssas ifadələrdən biri olduğu üçün Oda və Oqura manqanın adına bu sözü daxil edəndə ehtiyat etmiş, hətta hüquq departamenti bunu etməməyi məsləhət görmüşdür. Lakin müzakirələrdən sonra manqanın adına bu sözü əlavə etməsələr, bütün hekayəni qırağa qoyacaqları qərarına gəlmişdirlər.
Media
Manqa
Manqa seriyası Tomohito Oda tərəfindən yazılmış və çəkilmişdir. Manqa əvvəlcə 15 sentyabr 2015-ci ildə vanşot kimi "Weekly Shōnen Sunday" jurnalında nəşr olunmuşdur. Manqa seriyası kimi 18 may 2016-cı ildən 29 yanvar 2025-ci ilə qədər "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 37 tankobon cildi nəşr olunmuşdur. Birinci cild 16 sentyabr 2016-cı ildə, 37-ci və sonuncu cild isə 18 mart 2025-ci ildə buraxılmışdır.
Dorama Manqa seriyası əsasında çəkilmiş dorama adaptasiyası 6 sentyabr 2021-ci ildə NHK General TV kanalında yayımlanmağa başlamışdır. Doramada Komi rolunu Elayza İkeda, Tadano rolunu Takahisa Masuda canlandırmışdır. Serialın rejissorları Yoşihito Okaşita və Eyci İşii, ssenaristi Fumie Mizuhaşi, bəstəkarı Eyşi Seqavadır. 8 seriyadan ibarət olan serialın sonuncu seriyası 1 noyabr 2021-ci ildə yayımlanmışdır. Aiko serial üçün mahnısını ifa etmişdir.
Anime
11 may 2021-ci ildə manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "OLM" studiyası tərəfindən çəkilmiş animenin rejissoru Ayumu Vatanabe, ssenaristi Deko Akao, personaj dizayneri Atsuko Nakacimadır. Birinci mövsüm 7 oktyabrdan 23 dekabr 2021-ci ilə kimi TV Tokyo kanalında yayımlanmışdır. Açılış mahnısı "Cider Girl" qrupu tərəfindən ifa olunan "Cinderella" mahnısı, bağlanış mahnısı Kitri tərəfindən ifa olunan mahnısıdır. Animenin birinci seriyası üçün bağlanış mahnısı kimi Kitri tərəfindən ifa olunan "Sympathy" mahnısı istifadə olunmuşdur.
Birinci mövsüm başa çatdıqdan sonra ikinci mövsüm anons edilmişdir. İkinci mövsüm 6 apreldən 23 iyun 2022-ci ilə qədər yayımlanmışdır. Birinci açılış mahnısı Miku İto tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı "FantasticYouth" qrupu tərəfindən ifa olunan mahnısıdır.
Qəbul "Polygon" saytı manqanı 2019-cu ilin ən yaxşı komikslərindən biri adlandırmışdır. 2022-ci ildə Shogakukan Manqa Mükafatının "Ən yaxşı şonen manqası" kateqoriyasının qalibi olmuşdur. 2020-ci ildə "AnimeJapan" tərəfindən keçirilmiş "Anime adaptasiyası ən çox istənilən manqalar" sorğusunda birinci yeri tutmuşdur.
Anime adaptasiyasının birinci mövsümü 2022-ci ildə Crunchyroll Anime Mükafatının "Ən yaxşı komediya animesi" kateqoriyasının qalibi olmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:Manqalara əsaslanan doramalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:2021-ci ilin anime serialları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Crunchyroll Anime Mükafatı qalibləri Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:OLM, Inc. Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Shogakukan Manqa Mükafatının qalibləri Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar Kateqoriya:Komediya teleserialları