Marqaret Evelin Bakston (d. 9 oktyabr 1932 – ö. 22 noyabr 2014), ilk evlilik soyadı olan Marqaret Aston kimi tanınan, Orta əsrlərin son dövrü və kilsə tarixi üzrə ixtisaslaşmış britaniyalı tarixçi və akademik idi. Karyerası boyunca həm Oksford Universitetində, həm də Kembric Universitetində mühazirələr oxuyub.

Həyatının erkən dövrü Aston 9 oktyabr 1932-ci ildə yüksək vəzifəli dövlət məmuru Eduard Bricis və onun həyat yoldaşı Monika (qızlıq soyadı Farrer) ailəsində anadan olub. Onun ata babası Robert Bricis, Böyük Britaniyanın Şair laureatı tituluna layiq görülmüş bir şair, ulu babası isə məşhur memar Alfred Vatehaus idi. Ana tərəfdən nənə və babası isə 2-ci Baron Tomas Farrer və Evelin Meri Sprinq Rays idi; nənəsi eyni zamanda Sir Sesil Spring Raysın bacısı idi. Uşaqlıq illərini Qudmənin Furzesi adlı malikanədə, Epsom, Surrey yaxınlığında keçirdi. Aston təhsilini Dauni Haus məktəbi adlı qızlar üçün özəl internat məktəbində (Berkşir) aldı və məktəbin baş qız şagirdi (məktəbdə xüsusi titul idi) oldu. O, Oksford Universitetində tarix ixtisası üzrə təhsil almaq üçün təqaüd qazandı və 1951-ci ildə Ledi Marqaret Holl kollecində təhsil almağa başladı. Asudə vaxtlarında Cek Braymerin rəhbərliyi altında klarnet ifa etməyi öyrəndi və pianoda ifa etməyi davam etdirdi. O, Bakalavr dərəcəsini tamamladı və universitet ənənəsinə uyğun olaraq sonradan Magistr dərəcəsinə yüksəldi. Daha sonra doktorantura təhsilinə başladı. Onun elmi rəhbəri K. B. MakFarlan idi. Ze Independent qəzeti onu “XV əsr İngiltərəsinin aparıcı mütəxəssisi, lakin qadınlara qarşı münasibətinə görə məşhur olan alim” kimi təsvir etmişdi. Aston 1962-ci ildə Fəlsəfə doktoru elmi dərəcəsini aldı.

Akademik fəaliyyəti 1956-cı ildə Aston Oksford Universitetinin St Anne Kollecində mühazirə deməyə başladı. 1960–1961-ci illərdə Almaniyada Teodor Heuss Təqaüdçüsü kimi tədqiqat aparırdı. İngiltərəyə qayıtdıqdan sonra Kembric Universitetinin Nyunhem Kollecində tədqiqatçı oldu.

1966–1969-cu illərdə ABŞ-ın Vaşinqton şəhərində yerləşən Amerika Katolik Universitetində mühazirələr oxudu. Onun ilk kitabı olan Arxiyepiskop Tomas Arundelinin bioqrafiyası 1967-ci ildə çap olundu. Sonrakı kitabı "XV əsr: Avropanın perspektivi" isə 1968-ci ildə Vaşinqtonda Folqer Şekspir Kitabxanasında işlədiyi dövrdə yazıldı.

1971-ci ildə diplomatla evləndiyi üçün akademik karyerasını universitetlərə bağlı olmadan davam etdirdi. 1980-ci illərdə ailəsi ilə birlikdə Hollivudda Kounti Daunda yaşayırdı. Həyat yoldaşı o zaman Şimali İrlandiyanın Dövlət katibliyində çalışırdı. 1984–1985-ci illərdə Belfastdakı Kvins Universitetində aparıcı tədqiqatçı idi. Bu dövrdə o, sonralar özünün əsas elmi işi kimi qiymətləndirilən İngiltərə İkonoklastları kitabı üzərində işləyirdi.

Ölümü Aston 22 noyabr 2014-cü ildə, 82 yaşında vəfat etdi. Onun cəsədi Esseksdəki Ongar Qalasının xəndəyində tapıldı. Ailəsinin yaşadığı Kəstl Haus adlı ev, həmin qala xarabalığının ərazisində yerləşirdi. Polis onun ölümünü şübhəli hesab etmədi və Astonun təbii səbəblərdən öldüyünü elan etdi.

Şəxsi həyatı 1954-cü ildə Aston tarixçi və Oksford Universitetinin Korpus Kristi Kollecinin üzvü olan Trevor Aston ilə evləndi. Onların evliliyi çətin oldu, çünki Trevor bipolyar pozuntudan əziyyət çəkirdi. Cütlük dörd il sonra ayrıldı və 1969-cu ildə rəsmi boşandılar.

1960-cı illərin sonlarında Aston ABŞ-da tədqiqat apardığı zaman ikinci həyat yoldaşı Paul Bakston ilə tanış oldu. Bakston diplomat idi və sonradan dövlət məmuru oldu. Onlar 1971-ci ildə evləndilər. Aston onun əvvəlki evliliyindən olan üç övladına da analıq etdi və bu evlilikdən iki övladı dünyaya gəldi.

Fəxri adları və mükafatları 2013-cü ildə Aston Kraliçanın Ad Günü Şərəf Siyahısında tarix elminə verdiyi töhfələrə görə Britaniya İmperiyası Ordeninin Komandoru adına layiq görüldü."No. 60534". The London Gazette (Supplement). 15 iyun 2013. səh. 7.

5 mart 1987-ci ildə, Londonun Antikvarlar Cəmiyyətinin üzvü, 1994-cü ildə isə Britaniya Akademiyasının üzvü seçildi. O, 2000–2001-ci illərdə Kilsə Tarixi Cəmiyyətinin Prezidenti, eyni zamanda Kral Tarix Cəmiyyətinin üzvü idi.

Əsərləri

İstinadlar