Elen Metsger (d. 26 avqust, 1889 – 7 mart, 1944) fransız elm filosofu və elm tarixçisi idi. Yazılarında əsasən kimya tarixinə diqqət yetirirdi. Holokost zamanı qətlə yetirilmişdir.

Erkən həyatı və təhsili Elen Bruyl Metsger 26 avqust 1889-cu ildə Şatu şəhərində yuxarı orta təbəqəyə mənsub yəhudi ailəsində anadan olmuşdur. O, nüfuzlu fransız antropoloqu Lyusyen Levi-Bryulun qardaşı qızı idi. Atası onun və bacısının universitetdə cəmi üç il oxuduqdan sonra təhsillərini dayandırmalarını tələb etmişdir.

1912-ci ildə o, kristalloqrafiya üzrə diplom almışdır. 1914-cü ildə evlənmiş, lakin bir neçə ay sonra dul qalmış və bundan sonra elmi araşdırmalarına qayıtmışdır.

Tədqiqatları 1918-ci ildə Metzger kristallar elminin yaranması mövzusunda dissertasiya təqdim etmişdir. 1920-1930-cu illər ərzində o, XVII və XVIII əsrlərdə kimya tarixi haqqında altı kitab nəşr etmiş və eyni zamanda özünü cehizindən aldığı pulla dolandırmışdır.

Biblioqrafiyası

La genèse de la science des cristaux (1918) Les doctrines chimiques en France du début du XVIIe à la fin du XVIIIe siècle (1923) Les Concepts scientifiques (1926) Newton, Stahl, Boerhaave et la doctrine chimique (1930) La chimie (1930) La Philosophie de la matière chez Lavoisier (1935) Attraction universelle et religion naturelle chez quelques commentateurs anglais de Newton (1938) La Science, l'appel de la religion et la volonté humaine (1954) La Méthode philosophique en histoire des sciences(1987) (ed. Gad Freudenthal) "Extraits de lettres, 1921–1944," in Gad Freudenthal Études sur / Studies on Hélène Metzger (1990), pp. 247–269.

Ölümü və mirası Metzger yəhudi mənşəyinə görə Holokost soyqırımının qurbanı olmuşdur. 1940-cı illərdə Fransa nasistlər tərəfindən işğal edildikdə, o, əvvəlcə Parisdə qalmış, lakin 1941-ci ilin sonlarında "azad zona" adlanan əraziyə daxil olan Lion şəhərinə köçmüşdür.

O, gizlənməkdən imtina etmiş və 8 fevral 1944-cü ildə Gestapo tərəfindən həbs olunmuşdur. Daha sonra 7 mart 1944-cü ildə Dransidən Auşvits konsentrasiya düşərgəsinə deportasiya olunmuş və ya səfər zamanı, ya da düşərgəyə çatdıqdan sonra qətlə yetirilmişdir.

Metzgerin işi həyatı boyu həmişə layiqincə qiymətləndirilməmiş və o, heç vaxt akademik vəzifə tutmamışdır. Bununla belə, müharibədən əvvəlki azsaylı fransız elm tarixçilərindən biridir ki, əsərləri bu gün də geniş oxunur. Erkən vəfat etməsi onun yaradıcılığının həcmini məhdudlaşdırsa da, işləri böyük təsir gücünə malik olmuşdur. O, ümumilikdə 9 kitab, 36 məqalə və çoxsaylı rəylər nəşr etdirmişdir. Müasirləri Qaston Başlyar və Emil Meyerson onun əsərlərinə tez-tez istinad etmişlər. Həmçinin Tomas Kun 1962-ci ildə nəşr etdiyi "Elmi inqilabların quruluşu" adlı kitabının giriş hissəsində Metzgeri öz əsas ilham mənbələrindən biri kimi qeyd etmişdir.

Mənbələr

Bensaude-Vincent, B., 'Chemistry in the French tradition of philosophy of science: Duhem, Meyerson, Metzger and Bachelard,' Studies in the History and Philosophy of Science, 36, 2005, pp. 627–648. Chimisso, C., 'Hélène Metzger: The History of Science between the Study of Mentalities and Total History,' Studies in History and Philosophy of Science, 32, 2001, pp. 203–241. Chimisso, C., Writing the History of the Mind - Philosophy and Science in France, 1900 to 1960s, Aldershot, Ashgate, 2008. Chimisso, C. &  Freudenthal, G., 'A Mind of Her Own. Hélène Metzger to Émile Meyerson, 1933', Isis, 94, 2003, pp. 477–491. Freudenthal, G. (ed.) Études sur / Studies on Hélène Metzger, Leiden, Brill, 1990.

İstinadlar

Kateqoriya:Elm filosofları Kateqoriya:Fransanın qadın yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Fransa filosofları Kateqoriya:Yəhudi filosoflar Kateqoriya:XX əsr Fransa yəhudiləri