Avraam müqavilələri və ya Abraham müqavilələri () və ya İbrahim sazişləri — 2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri (ilk növbədə BƏƏ və Bəhreyn) arasında, münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilələr. Müqavilələrin adı, inancı bütün tövhidi dinlərdə — İudaizm, Xristianlıq, İslam — əksini tapan ilk patriarx (peyğəmbər) İbrahimin (Avraamın) adı ilə əlaqəlidir.
2020-ci ilin avqust və sentyabrında elan olunmuş saziş, 2020-ci il 20 sentyabr tarixində Donald Trampın prezidentliyi dövründə ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda imzalanmışdır.
BƏƏ və Bəhreyn, 1994-cü ildə İsraili dövlət kimi tanıyan İordaniyadan sonra ilk ərəb dövlətləri olmuşlar. Sonrakı aylarda Sudan və Mərakeş də İsrail ilə münsibətlərinin normallaşması üçün razılaşmışlar. Hərçənd, 2024-cü ilin vəziyyətinə görə Sudan tərəfindən saziş ratifikasiya olunmamış qalmışdı. 2025-ci ilin iyulunda, xəbər verildiyi kimi Trampın ikinci adminstrasiyası sazişi, bura Suriya, Livan və Səudiyyə Ərəbistanını daxil etməklə genişləndirməyə çalışır. 2025-ci ilin noyabrında isə elan olundu ki, Qazaxstan bu sazişə qoşulmağa razı olub. 22025-ci ilin dekabrında B.Netanyahu öz şəxsi təşəbbüsü ilə, İsrail Somalilendi müstəqil dövlət kimi tanıdıqdan və Somalilend sazişə qoşulmağa razılıq verdikdən sonra sazişin təsir dairəsini genişləndirdi.
İstinadlar
Həmçinin bax
Kemp-Devid sazişi Ərəb-İsrail müharibəsi (1948) Süveyş böhranı (1956) İran-İsrail proksi münaqişəsi İran-Səudiyyə Ərəbistanı proksi münaqişəsi İsrail-İordaniya sülh müqaviləsi (1994)
Kateqoriya:İsrailin ikitərəfli əlaqələri Kateqoriya:BƏƏ-nin ikitərəfli əlaqələri Kateqoriya:Bəhreynin ikitərəfli əlaqələri Kateqoriya:Mərakeşin ikitərəfli əlaqələri Kateqoriya:Sudanın ikitərəfli əlaqələri Kateqoriya:Avraam müqavilələri Kateqoriya:Ərəb-İsrail sülh prosesi Kateqoriya:Ərəb-İsrail münaqişəsini həll etmək cəhdləri Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:Donald Trampın birinci prezidentliyi Kateqoriya:2020-ci illərin beynəlxalq müqavilələri Kateqoriya:Donald Tramp Kateqoriya:İsrail–Mərakeş münasibətləri Kateqoriya:Benyamin Netanyahu