Kələklər kralı — 2005-ci ildə rejissor Rohan Sippinin çəkdiyi və prodüseri Rameş Sippi olan hindi dilli cinayət komediya filmidir. Filmdə baş rolları Abhişek Baççan, Riteş Deşmux, Priyanka Çopra, Sancay Mişra, Boman İrani və Nana Patekar ifa etmişdirlər. Bu film, 2000-ci ildə çəkilmiş Argentina istehsalı film olan Doqquz kraliça filminin remeykidir. Filmin süjet xətti sevgilisi tərəfindən atılmış və ağır bir xəstəliyə düçar olduğunu bildikdən sonra ölməzdən əvvəl yeni bir şagirdinə kömək etmək qərarına gələn bir fırıldaqçıdan bəhs edir.
Kələklər kralı 16 dekabr 2005-ci ildə buraxılmış və film tənqidçilərindən qarışıq rəylər almışdır. Film 2005-ci ilin ən çox gəlir gətirən 13-cü Bollivud filmi olmaqla yanaşı, yarım hitə çevrilərək kassa müvəffəqiyyətinə nail olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xarici filmlərin hind remeykləri Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:Rejissor Rohan Sippinin filmləri Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:2000-ci illərin hind dilli filmləri Kateqoriya:Hindistanın cinayət komediya filmləri Kateqoriya:Vişal-Şekarın bəstəkarı olduğu filmlər Kateqoriya:UTV Motion Pictures filmləri Kateqoriya:Hindistanın komediya triller filmləri Kateqoriya:Hindistanın soyğun filmləri Kateqoriya:Argentina filmlərinin remeykləri Kateqoriya:Hindistandakı sosial problemlərdən bəhs edən filmlər Kateqoriya:Hindistanın cinayət triller filmləri