Əhməd Nami () — Osmanlı imperiyasının yüksəkrütbəli şəxslərindən biri, Suriya dövlət xadimi, Suriyanın ikinci prezidenti və beşinci baş naziri, həmçinin tarixçi.

Həyatı Əhməd Nami 1873-cü ildə Osmanlı imperiyasının Beyrut şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur. Nami ilk təhsilini Osmanlı Hərbi Akademiyasında almış, daha sonra Parisdə hərbi təlim keçmişdir. 1910-cu ildə Sultan II Əbdülhəmidin qızı Aişə Sultanla evlənərək "Damat" (sarayın kürəkəni) titulunu almışdır. Lakin 1909-cu ildə sultan II Əbdülhəmidin taxtdan endirilməsi ilə ailəsi ilə birlikdə Fransaya sürgün edilmişdir. 1918-ci ildə Beyruta qayıdaraq ailə işlərini idarə etməyə başlamışdır.

Karyerası 1926-cı il aprelin 28-də Fransa Yaxın Şərq Ali Komissarı Henri de Jouvenel tərəfindən Suriya dövlətinin başçısı təyin edilmişdir. Bu vəzifədə 1928-ci il fevralın 15-dək çalışmışdır. Onun rəhbərliyi dövründə üç hökumət qurulmuş, bu hökumətlər ölkənin birliyi, konstitusiyanın qəbul edilməsi və 1925–1927-ci illərdə baş vermiş Böyük Suriya Üsyanında iştirak edənlər üçün ümumi amnistiya kimi milli tələbləri irəli sürmüşdür. Lakin Fransa hakimiyyəti onun bu təşəbbüslərini dəstəkləməmiş və nəticədə 1928-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılmışdır.

Şəxsi həyatı Ayşə Sultanla evliliyindən iki oğlu və bir qızı olmuşdur:

Sultanzadə Ömər Nami bəy (1911–1993): İki dəfə evlənmiş və bir qızı olmuşdur. Aliyə Namiye Hanımsultan (1913): Doğulduqdan qısa müddət sonra vəfat etmişdir. Sultanzadə Osman Nami bəy (1918–2010): İki dəfə evlənmiş və beş qızı olmuşdur.

Mənbə

Mövzu ilə bağlı nəşrlər

Kateqoriya:Suriya baş nazirləri Kateqoriya:Suriya prezidentləri Kateqoriya:1962-ci ildə vəfat edənlər Kateqoriya:Beyrutda doğulanlar Kateqoriya:1873-cü ildə doğulanlar Kateqoriya:Beyrutda doğulmuş siyasətçilər